Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Hazırda oxunan: Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ
586909
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 23-ü Sumqayıtda 900 abonentin qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstehsal Sahəsindən (QİS) bildirilib.
 

Qeyd edilib ki, dekabrın 23-də şəhərin Yaşıl dərə yaşayış massivinin bir hissəsində yeni quraşdırılmış Şəhər Qaz Tənzimləyici Məntəqəsinin (ŞQTM) mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti dayandırılacaq.


Aparılacaq işlərlə əlaqədar ərazidə yerləşən ümumilikdə 900 abonentin qazla təminatında fasilə yaranacaq. Qaz təchizatı işlər başa çatdırıldıqdan sonra bərpa ediləcək.

Qurum yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO