Biləsuvarda 4 otaqlı ev yanaraq KÜLƏ DÖNDÜ - VİDEO

Biləsuvarda 4 otaqlı ev yanaraq KÜLƏ DÖNDÜ - VİDEO

Hazırda oxunan: Biləsuvarda 4 otaqlı ev yanaraq KÜLƏ DÖNDÜ - VİDEO
584326
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində Yusif Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Əraziyə dərhal yanğından mühafizə bölməsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, alovun qarşısı qısa müddətdə alınıb.
 

Yanğın nəticəsində ümumi sahəsi 135 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb.


Eyni zamanda yaxınlıqda yerləşən sahəsi 143 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar hissələri 3 kvadratmetr ərazidə zədələnib, bir pəncərə çərçivəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO