Bəzi qurumlarda iş günlərinin yeri dəyişdirildi - Rəsmi qərar olmasa da

Bəzi qurumlarda iş günlərinin yeri dəyişdirildi - Rəsmi qərar olmasa da

Hazırda oxunan: Bəzi qurumlarda iş günlərinin yeri dəyişdirildi - Rəsmi qərar olmasa da
583821
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda bir sıra universitet və kurslarda bayramla bağlı iş günlərinin yerləri dəyişdirilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bəzi təhsil müəssisələri dekabrın 27-28-i ilə (şənbə-bazar) dekabrın 29-30-u tarixlərində yerdəyişmə ediblər.

Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar hələ heç bir rəsmi məlumat olmasa da, kurs iştirakçılarına və tələbələrə bildirilib ki, onlar həftəsonu dərslərdə iştirak etməlidirlər.

Məsələ ilə bağlı Nazirlər Kabinetindən (NK) bildirildi ki, bununla bağlı hazırda müvafiq qərar yoxdur.

Xatırladaq ki, 2 həftə əvvəl 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin olacağı ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, bir neçə gün öncə NK 2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO