Bayraq Meydanında "Mustang"la avtoşluq edən biznesmen HƏBS OLUNDU

Bayraq Meydanında "Mustang"la avtoşluq edən biznesmen HƏBS OLUNDU

Hazırda oxunan: Bayraq Meydanında "Mustang"la avtoşluq edən biznesmen HƏBS OLUNDU
582975
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda avtoxuliqanlıq edən iş adamı həbs olunub.

Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Səbail rayonu, Bayraq Meydanında qeydə alınıb.
 

Bakıda şirkətlərdən birinin direktoru olan 37 yaşlı Samir Muradov (adı və soyadı şərtidir) özünə məxsus "Ford Mustang" avtomobili ilə avtoxuliqanlıq edib. Bu zaman xidmətdə olan yol polisi əməkdaşları ona yaxınlaşaraq, irad bildiriblər. Törətdiyi pozuntu ilə bağlı ona protokol tərtib olunduğu zaman isə sürücü avtomobildən düşərək qaçıb.


Avtomobil duracağa yerləşdirilib. Törətdiyi yol hərəkəti qaydasının pozuntusuna görə Samir Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.2.3-cü (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO