Quş dəstəsinə görə döyüş təyyarələri havaya qaldırıldı

Quş dəstəsinə görə döyüş təyyarələri havaya qaldırıldı

Hazırda oxunan: Quş dəstəsinə görə döyüş təyyarələri havaya qaldırıldı

581224
Cənubi Koreya Hərbi Hava Qüvvələri növbətçi təyyarələri və helikopterləri havaya qaldırıb. Onlar Şimali Koreya tərəfdən dronların gəldiyini düşünüblər, ancaq sonradan bunun sadəcə quş dəstəsi olduğu aydınlaşıb.
 
Bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsindən bildirilib.
 
Bildirilir ki, yerli vaxtla saat 13:00-da radarlar Kanxva-qun üzərində bir qrup naməlum obyekt aşkarlanıb və həyəcan siqnalı verilib. Növbətçi təyyarə onları tutmaq üçün radarla müəyyən edilmiş ən yaxın nöqtəyə istiqamət götürüb. Lakin pilot vizual olaraq bunun quş sürüsü olduğunu, Şimali Koreyanın yeni pilotsuz təyyarə hücumu olmadığını təsdiqləyib.
 
Qeyd olunur ki, yalançı həyəcan siqnalı zamanı hərbçilər xəbərdarlıq atəşi açmayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO