Emin Əmrullayev rektorlarla əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasını müzakirə edib

Emin Əmrullayev rektorlarla əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasını müzakirə edib

Hazırda oxunan: Emin Əmrullayev rektorlarla əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasını müzakirə edib

579109
Elm və təhsil naziri Emin Əmrullayev ali məktəblərin rektorları ilə əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasını müzakirə edib.
 
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri, mövcud resurslardan düzgün istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib. Eyni zamanda əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsi ilə bağlı inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.
 
Görüş zamanı İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov 2014-2020-ci illər ərzində bakalavriat səviyyəsi üzrə məzun olan tələbələrin məşğulluğu, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov isə pedaqoji profilli ixtisaslar üzrə ali təhsil müəssisələrindən məzun olmuş tələbələrin 2022-2023-cü tədris ilində keçirilmiş MİQ imtahanlarındakı nəticələrinə dair statistik təhlili iştirakçıların diqqətinə çatdırıb.
 
Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO