Atasının yas puluna özünə “Mersedes” alan gəncin əhvalatı -  VİDEO

Atasının yas puluna özünə “Mersedes” alan gəncin əhvalatı - VİDEO

Hazırda oxunan: Atasının yas puluna özünə “Mersedes” alan gəncin əhvalatı - VİDEO

54714
Bakıda geniş yayılmış məhşur əhvalat ekranlaşdırılıb. 

"Əmircan Prodakşn" KVN Klubu maraqlı videoçarx hazırlayıb.

Videoda atasının yas məclislərindən yığılan pulla özünə "Mersedes" alan gənc balaca dostuna "ağıllı" məsləhətdən verir. "Əşşi, atam rəhmətə getdi. Üçünü, yeddisini, qırxını, cümə axşamlarını yola verdik. Qohum-əqrəbanın saldığı pula da özümə maşın aldım."

Özündən yaşca böyük dostunun sözlərinə qulaq asan oğlan, tələm-tələsik evə gedir. Yataqda yatan xəstə atasını müayinə edən həkimdən onun vəziyyətini soruşur. Həkimin cavabı ümidverici olmur. Bunu eşidən oğlan atasının çiyninə vuraraq, "Mersedesdi eee, mersedes!" deyir...

Gülməli görünən, əslində isə ağlamalı videonu sizə təqdim edirik:
(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO