Bir neçə gün öncə
Moderator.az saytı metronun "Azadlıq Prospekti" stansiyasının çıxışındakı parkda nəhəng tikinti meydançasını və ərazidəki genişmiqyaslı qazıntı işlərini əks etdirən bir neçə foto yayımlayaraq metronun yeni rəhbərliyindən bu məsələyə aydınlıq gətirilməsi xahiş edilmişdi. Qeyd olunmuşdu ki, cəmisi bir il öncə prezident İlham Əliyevin açılışını etdiyi bu parkı kimlər və hansı səlahiyyətlə darmadağın edib metronun üstündə bu cür tikinti işləri aparır.
Amma deyəsən, cavab verməyə söz tapmayıblar və elə ona görə də qazıntının miqyası o qədər genişlənib ki, sanki bir azdan elə adıçəkilən metrostansiyanı da dağıdıb yerində göydələn tikəcəklər.
Moderator.az dünənki qazıntını əks etdirən daha bir neçə fotoşəkli müvafiq qurumların diqqətinə təqdim edir. Görəsən prezidenti sabotaj edən bu güclərin məqsədi nədir...?
![Metronun yeni rəhbərliyi prezidenti sabotaj edənlərlə bacarmır?- <i style=]()
FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1443.jpg">
![Metronun yeni rəhbərliyi prezidenti sabotaj edənlərlə bacarmır?- <i style=]()
FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1444.jpg">
![Metronun yeni rəhbərliyi prezidenti sabotaj edənlərlə bacarmır?- <i style=]()
FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1445.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.