Onlardan 12-si dünən buraxılıb. 14 nəfərin isə bu gün məhkəməsi keçiriləcək.
Hazırda saxlanılanlar Nəsimi rayon məhkəməsinə gətirilib. Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Cavid Hacıbəyli “Qafqazinfo” ya açıqlamasında bildirib ki, Müsavat partiyasından iki nəfər məhkəməyə gətirilib. Onlar Tural Abbaslı və Şamil Beydulladır.
***
Dünən "Nida" vətəndaş hərəkatının üzvlərinə həbs cəzası kəsiləndən sonra alınmış spontan etiraz aksiyasında saxlanılanlardan 14 nəfər artıq Nəsimi rayon məhkəməsinə gətirilib.
Musavat.com-un məlumatına görə, məhkəmənin qarşısı polislərlə və mülki geyimli təxribatçılarla doludur. Onlar açıq şəkildə məhkəmə önünə gələnləri küçə söyüşləri ilə təhqir edirlər. Obyektiv TV-nin jurnalisti Hüseyn Əzizoğlu mülki geyimli şəxs tərəfindən döyülüb. Onun eynəyi sındırılıb, kamerası əlindən azılıb.
Məhkəmə önünə heç kəsi buraxmırlar. Təxribatçılar insanları təxribata çəkirlər. Hazırda məhkəmə çıxarılacaq şəxslər polis maşınlarının içərisində gözləyirlər.




































































































