Jurnalist baş prokuror və daxili işlər nazirinə müraciət etdi

Jurnalist baş prokuror və daxili işlər nazirinə müraciət etdi

Hazırda oxunan: Jurnalist baş prokuror və daxili işlər nazirinə müraciət etdi

45677

Moderator.az-a Gəncə Ağır Cinayətlər Məhkəməsində işinə baxılan jurnalist Ərşad İbrahimovun müraciəti daxil olub. Jurnalistin bildirdiyinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində şahid qismində iştirakı vacib olan Göygöl rayon sakini Əliyev Süleyman Təhminxan oğlu barəsində məcburi qaydada məhkəməyə gətirilməsi haqqında qərar qəbul edilib. Qərarın icrası Göygöl Rayon Polis Şöbəsinə göndərilib.

Məlumat üçün bildirək ki, şahid qismində məhkəməyə məcburi gətirmə haqqında çıxarılan qərarın icra edilməsinə Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov tərəfindən birbaşa əngəl törədilir. Belə ki, Göygöl rayon sahə müvəkkili polis mayoru Zaur Əlibəyli şahid Əliyev Süleyman Təhminxan oğlunu yanına salaraq “Dövlət Notariat Kontoru”na aparıb istintaq zamanı vermiş olduğu ifadəni təsdiqləyirəm sözlərini yazdırıb məhkəməyə göndərib.

Halbuki, adıçəkilən şahid məcburi qaydada məhkəməyə gətirilməsi barəsindəki qərarın Göygöl Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən icra edilməməsi sual doğurur. Göygöl Rayon Polis Şöbəsinin rəisinin adıçəkilən şahidlə yaxın qohumluq əlaqələri var. Sözügedən məhkəmə prosesində iştirak edən şahidlərə Gəncə Baş Polis İdarəsinin rəisi, polis polkovniki Faiq Şabanov cənabları bu və ya digər vasitələrlə dəfələrlə təzyiq edərək təqsirləndirilən şəxsin üzünə durmağa vadar edib. Belə ki, istintaqda adı şahid qismində gedən Elburus Mehdiyevin poçt vasitəsi ilə Faiq Şabanova ünvanlamış olduğu iki ərizəsində verdiyi ifadənin qərəzli olduğunu bildirsə də, ona təkrarən təzyiq edərək polisə lazım olan ilkin vermiş olduğu ifadənin üzərində dayanmağı məcbur edib. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Elburus Mehdiyev ilkin olaraq vermiş olduğu ifadənin üzərində durmadığına görə Gəncə Baş Polis İdarəsinə və Gəncə Prokuorluğa cağırılaraq hədə-qorxu gəlinir. Bu, birbaşa Gəncə Ağır Cinayətlər Məhkəməsində gedən prosesə ciddi təzyiq kimi qiymətləndirilməklə həm də bir cinayətdir.

Sonda jurnalist baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov cənablarından bu qanun pozuntusunun qarşısını alınmasını xahiş edir!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO