Müstəqil qadın- Pritça

Müstəqil qadın- Pritça

Hazırda oxunan: Müstəqil qadın- Pritça

45170
Tanınmış şair, jurnalist-publisist dostumuz Heydər Oğuz Moderator.az-a bir pritça göndərib. Düşünürük ki, bu yazını oxuyan hər kəs qımışacaq və müsbət enerji aldığını hiss edəcək...

Tükəzbanın əvvəl bir əri var idi-İvan. Öz arvadının zəngin cehizinə sahiblənmiş İvan bütün günü içib keflənir, Tükəzbana əziyyət verirdi. Yazıq qadın da uzun illər nə qədər əlləşsə də bu zalım ərdən boşana bilmirdi. 
Nəhayət, qonşuları ingilis Con, yəhudi Benjamen, fars Əjdər, türk Mehmet bəylərin işə qarışmasıyla Tükəzban öz istəyinə nail olub İvandan ayrıldı. Ona köməklik edən qonşularına da borclu qalmadı. Evlənmək təklif edən hər 4 xilaskarın xətrinə dəyməyərək onların hamısına birdən ərə getdi. Haqqında artıq-əskik danışmaması üçün keçmiş həyat yoldaşı İvanla da arada bir görüşürdü.
Bu 5 evlilikdən sonra Tükəzbanın övladlarına məhəllədə Tükəzbanın uşaqları deyirdilər. Amma onlar bu yeni adlarıyla qətiyyən razılaşmır, məhəllə uşaqlarına analarının adının Tükəzban, özünün isə müstəqil qadın olduğunu sübut etməyə çalışırdılar...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO