Sabiq səhiyyə naziri Əli İnsanov Qızıldaşdakı 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə “Azadlıq” qəzetinə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.
İnsanov Avropa Məhkəməsinin onunla bağlı qərarı əsasında keçirilən təkrar məhkəmə prosesləri ilə əlaqədar Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılırdı.
Xartırladaq ki, Kürdaxanıya köçürülənə qədər də İnsanov 13 saylı kalonda qalıb.
Keçmiş nazir bugünlərdə cəzaçəkmə müəssisəsinə köçürülməsini istəmişdi. O, qanunun imkan verdiyi kimi, evinə yaxın cəzaçəkmə müəssisəsinə göndərilməsini istəyirdi. Əvvəlcə onun istəyinə uyğun olaraq, 2 saylı cəzaçəmə müəssisəsinə köçürüləcəyi deyilirdi. Lakin indi göründüyü kimi, keçmiş nazir yenə də mümkün qədər uzaqlara göndərilib.



































































































