Azərbaycanda qadınların pensiya yaşı artdı

Azərbaycanda qadınların pensiya yaşı artdı

Hazırda oxunan: Azərbaycanda qadınların pensiya yaşı artdı

43538
Müxtəlif səbəblərdən dünyada insanların ömrü getdikcə qısalır. İndi bir çox ölkələrdə kişi və qadınlar 65-70 yaşlarına çatanda hansısa səbəblərdən dünyasını dəyişirlər. İnsanların ömrünün qısalmasına rəğmən, bəzi ölkələr pensiyalara daha az vəsait xərclənməsi məqsədilə təqaüd yaşını artırmaq istiqamətində addımlar atırlar.

Qərbin bəzi iqtisadçıları hesab edirlər ki, pensiya yaşının uzadılması maliyyə böhranı ilə mübarizə üçün yaxşı reseptdir. Onların fikrincə, pensiya yaşının artırılması ilə pensiyalara ayrılan vəsaiti azaltmaq mümkündür. Almaniyanın kansleri Angela Merkel də bir müddət öncə Avropa İttifaqı ölkələrində pensiya yaşının yuxarı qaldırılması təklifi ilə çıxış etmişdi. Onun fikrincə, bu, Avropa ölkələri üçün vacibdir. Kanslerin təklifinə görə, bütün Avropa ölkələrinin qadın və kişilərində yaş həddi 67 olmalıdır.

Elə Avropa İttifaqının üzvü olan bəzi digər ölkələr də pensiya yaşını 65-dən yuxarı qaldırmaq istəyirlər. İttifaqın üzvü olan ölkələrdə 2050-ci ilədək pensiya yaşı qadınlarda 64,4, kişilərdə isə 64,6 olacaq.

Qeyd edək ki, Azərbaycanda da pensiya yaşı bu ilin yanvarında artıb...


Yeri gəlmişkən, Avropa İttifaqının üzvü olmayan Azərbaycanda pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarımdır (59 il 6 ay). 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycan qadınları 59 yaşı tamam olduqda pensiyaya çıxa bilirdilər. Bu ildən isə qadınlar üçün təqaüd yaşı artıb. İndi pensiya almaq istəyən azərbaycanlı qadınlar daha 6 ay gözləməli olacaqlar. Amma bu da son deyil.

Azərbaycanda 2010-cu ilin 1 yanvarından “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər qüvvəyə minib. Həmin dəyişikliklərdən biri də odur ki, qadınların pensiyaya çıxma yaşı 2015-ci ilin 1 yanvarından 60 yaşa çatdırılacaq.

Beləliklə, 2015-ci ildən Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarınkı isə 60 olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO