Azərbaycanlılar bu ölkələrə COVİD pasportsuz gedə bilər - SİYAHI

Azərbaycanlılar bu ölkələrə COVİD pasportsuz gedə bilər - SİYAHI

Hazırda oxunan: Azərbaycanlılar bu ölkələrə COVİD pasportsuz gedə bilər - SİYAHI

42642

Bir müddət əvvəl Gürcüstan turizm potensialını artırmaq, qonaqları ölkəyə səyahət etməyə cəlb etmək üçün ölkəyə giriş qaydalarında dəyişiklik edib.  Belə ki, hazırda peyvənd olunmayan insan, yalnız PCR testinin mənfi nəticəsi ilə Gürcüstan ərazisinə daxil ola bilər. 

Bununlada Azərbaycan vətəndaşları covid pasportsuz Gürcüstanda rahatlıqla dincələ bilər.

Bəs, Azərbaycan vətəndaşlarından daha hansı ölkə qaydalarına görə covid pasportu tələb edilmir?

Bizim.Media-ya bu barədə danışan turizm eksperti Nəsimi Kərəmov bildirib ki, Azərbaycan vətəndaşları bu yolla yalnız 5 ölkəyə səyahət edə bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Pasport tələb edilən iş və xidmət sahələri GENİŞLƏNDİRİLDİ 


“Peyvənd olunmayan Azərbaycan vətəndaşları PCR testinin mənfi nəticəsi ilə 5 ölkəyə Türkiyə, Rusiya, Ukrayna, Macarıstan və Gürcüstana səfər edə bilərlər”.

Lakin...

Nəsimi Kərəmov səyahət etmək istəyənləri bu işdə daha diqqətli olmağa çağırıb. Çünki qaydalar hər an dəyişə bilər.

“Hər hansı bir ölkəninn girişi üçün qoyulan qaydalar hər an dəyişilə bilər. Çünki bir müddət əvvəl Almaniya turistlərin ölkə ərazisinə ancaq PCR testinin neqativ nəticəsi ilə buraxırdısa, indi ölkə gələn turistlərdən covid pasportu, üstəlik ancaq “Pfizer” vaksini tələb edir. Eyni zamanda bütün ölkələrdə də qaydalar  dəyişilə bilər”.
 

Ekspert hər bir səyahətdən əvvəl insanların mütləq şəkildə gedəcəyi ölkənin Xarici İşlər Nazirliyinin saytında ölkəyə giriş-çıxış qaydaları ilə tanış olmasını da tövsiyyə edir.


“Mütləq şəkildə bu portala daxil olub, hər gün yenilənən qaydalarla tanış olmaq lazımdır. Çünki dəyişiklik olanda turist əlacsız qalır. Məsələn Almaniya qaydalarda dəyişiklik edəndə bizim neçə vətəndaşımız çıxılmaz vəziyyətdə qaldı. Çünki əvvəldən onlara viza verilsə də son anda covid pasportunda xüsusi olaraq “Phizer” vaksinini tələb etdikləri üçün neçə vətəndaşımızın biletləri batdı. Bu cür xoşagəlməz hallarla qarşılaşmamaq üçün hər bir turistə hər xırda detallara belə ehtiyatla yanaşmağı tövsiyyə edirəm”.

Bəs, hansı ölkədən Azərbaycana covid pasportsuz gəlmək olar?

N. Kərəmov bu məsələyə də aydınlıq gətirib. 

“Azərbaycana səyahət etmək istəyən turistlər isə heç bir ölkədən Covid pasportuz ərazimizə daxil ola bilməzlər. Eyni zamanda onlar mütləq şəkildə uçuşdan əvvəl PCR testindən də keçməlidirlər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO