"Son 2 ay ərzində Müsavat Gənclər Təşkilatında baş verən hadisələr sonucu belə bir fikrə gəlmişəm ki MGT açıq aydın uşaq baxçasına çevrilib. MGT də başda Əhliman Abbas olmağla bir çoxu mübarizənin nə olduğunu bilmir. Mübarizənin Mitinqin nə olduğunu bilmiyən bir neçə nəfər MGT nin şura üzvüdü. MGT də bir çox gənclər var ki, ürəkləri Müsavata bağlıdır, amma onlar Şura üzvü bir kənara qalsın hətda partiyadan və təşkilatdan çıxarılıblar. İçi mən olmağla 8 nəfər də heç bir xəbərdarlığ olmadan Təşkilatdan kənarlaşdırılıb."
Bunu Avropa.info-ya açıqlamasında Müsavat partiyasından xaric olunan Fərid Həsənsoy deyib. O, MGT sədri Əhliman Abbası ittiham edib.
" Müsavat Gənclər Təşkilatının dırnağ arası sədri Əhliman Abbas isə öz müsahibəsində bildirib ki,biz çıxarılan 8 nəfərə dəfələrlə xəbərdarlığlar etmişik .Çıxarılanlarda biri mən, şəxsən mənə bircə dəfə belə olsun heç bir xəbərdarlığ edilməyib və tam məhsuliyətlə deyirəm ki 8 nəfərin heç birinə xəbərdarlığ edilməyib . Mənə gəldikdəysə onu deyə bilərəm ki, məni təşkilatdan uzağlaşdırmalarına səbəb bunu göstərirlər ki, mən MGT sədri Əhliman Abbası sədr kimi qəbul etmirəm. Bəli qəbul etmirəm və heç bir zaman etmiyəcəm də. Həmdə axı, söz azadlığı deyilən bir şey var. Mən öz söz azadlığımdan istifadə edərək öz azad fikrimi bildirmişəm. Çünki bu insan müsavatçı ola bilər, amma sədr olmağa layiq deyil. Bu şəxs 2011-ci ildə Müsavata üzv olub, üzv olduğdan sonra isə bu 3 il ərzində hamısını bir araya toplasaq 4-5 dəfə iclaslara gəlib ya gəlməyib. BU adam necə sədr ola bilər. Hazırda gənclər təşkilatında olan özbaşnalığın bilavasitə səbəbkarı Müsavat rəhbərliyidi. Bu rəzilliyə,rüsvayçılığa son qoymaq lazımdı. Çünki sizə heç kim ixtiyar verməyib ki, 103 illik partiyanı ölkənin bir nömrəli muxalifət partiyasını belə gözdən salasınız. Dərhal bu məsələyə aydınlığ gəlsin və bizim haqqlarımız bərpa edilsin. Əks təqdirdə Əhlimanla deyil, birbaşa rəhbərliklə soyuq muharibəyə başlayacağıq.





























































































