Bakının daha bir məktəbi karantinə BAĞLANDI – ÖZƏL - FOTO

Hazırda oxunan: Bakının daha bir məktəbi karantinə BAĞLANDI – ÖZƏL - FOTO

40681

Bakının daha bir təhsil müəssisəsində şagirdlər arasında koronavirusa yoluxma faktı aşkarlanıb. Bu səbəbdən bir sinif fəaliyyətini dayandırıb. Söhbət Xətai rayonu ərazisində yerləşən Kaspi Liseyinin Ağ şəhər filialının 7-ci sinfindən gedir. 

Bizim.Media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə bu gündən etibarən həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Müəllim işləmək istəyənlərin diqqətinə: Bu gündən vakansiya seçimi başlayır


Xatırladaq ki, yeni tədris ili başlayandan bir neçə təhsil müəssisəsində virusa yoluxma faktı qeydə alınıb.

Son olaraq Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində, Baku-Oxford School-da, 162 nömrəli tam orta məktəbin 8 ç sinfində şagirdlərin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün 14 gün müddətində karantinə bağlanıb. 

Qeyd edək ki, təhsil müəssisələrində təhsil əyani formada tədris olunur. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO