Jurnalist Sahib İslamov komadan çıxdı -amma problem var

Jurnalist Sahib İslamov komadan çıxdı -amma problem var

Hazırda oxunan: Jurnalist Sahib İslamov komadan çıxdı -amma problem var

37131

Xocasən qəsəbəsində maşın vurması nəticəsində ağır xəsarətlərlə xəstaxanaya yerləşdirilən  və 22 gündür ki, koma vəziyyətində olan Avropa.info-nun əməkdaşı Sahib İslamov artıq komadan çıxıb. Bu haqda Avropa.info-ya jurnalistin qardaşı Aqil İslamov məlumat verib.  Onun dediyinə görə, Sahib İslamov komadan çıxsa da vəziyyəti ağır olaraq qalır.

" Həkim bildirdi ki, artıq komadan çıxıb,amma nitqi ilə bağlı problem yaranıb. Yəni ki, nitqinin bərpa olunması ilə bağlı problem var. Artıq gözlərini açıb ,lakin tam şəkildə özünə gəlməyib. Həkimlər onun reanimasiyadan ümumi şöbəyə köçürülməsi üçün tamamilə hissiyatının bərpa olunmasını gözləyirlər. Bundan sonra Sahibin üzərində əsas əməliyyatlıar həyata keçiriləcək. Şükür Allaha ki, qardaşım yaşayır." 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO