“Bulla-dəniz”də işlər sürətləndirilib

“Bulla-dəniz”də işlər sürətləndirilib

Hazırda oxunan: “Bulla-dəniz”də işlər sürətləndirilib

34834
Problemləri aradan qaldırmaq məqsədi ilə mütəxəsislər tərəfindən xüsusi tərtibatlı “Venturi” borusu hazırlanıb və fontan quyusunun ağzına otuzdurulub
“Bulla-dəniz” yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın ləğv edilməsi istiqamətində aparılan işlər artıq tamamlama mərhələsindədir. Moderator.az-ın  Dövlət Neft Şirkətinin (ARDNŞ)-in rəsmi saytına istinadla verdiyi məlumaya görə, yaranan problemləri aradan qaldırmaq məqsədi ilə mütəxəsislər tərəfindən xüsusi tərtibatlı “Venturi” borusu hazırlanıb və fontan quyusunun ağzına otuzdurulub. Nəticədə quyudan çıxan qazın bütün həcmi boru vasitəsilə tam şaquli istiqamətdə yönəldilib. Nəticədə yanma prosesinin quyu ağzından 12-13 metr hündürlükdə getməsinə nail olunub. Bu da quyu ətrafında hazırlıq-tamamlama işlərinin sürətlə aparılmasına imkan yaradıb. 
Hazırda ARDNŞ-nin tikinti-quraşdırma sahəsində ABŞ-dan gətirilmiş su-qum şırnağı kəsici sisteminin quraşdırılması davam etdirilir. Bu kəsici sistem quyu ağzının sıradan çıxmış flans birləşməsinin təhlükəsiz olaraq kəsilməsinə imkan verəcək. Bundan sonra isə quyu ağzının tam yığılması və qazın nəql sisteminə yönəldilməsi əməliyyatına başlanılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO