Azərbaycanda
müasir tipli pilot peşə təhsili kompleksləri yaradılacaq. Bunu “Azərbaycan”
qəzetinə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov söyləyib.
Mikayıl
Cabbarov deyib ki, bu, Təhsil Nazirliyinin icrasına başladığı Müasir Azərbaycan
Peşəkarları layihəsi çərçivəsində nəzərdə tutulub. Bu il ilk peşə-ixtisas
təhsili müəssisələrinin inkişaf prioritetlərinə uyğun olaraq, 5 pilot layihə
reallaşdırılacaq, ölkəmizin peşə təhsili sistemində ilk dəfə məzunlara
beynəlxalq ixtisas dərəcələri veriləcək.
Təhsil
naziri onu da bildirib ki, növbəti tədris ilindən etibarən ilk peşə-ixtisas
təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyasına başlanacaq. Eyni
zamanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramına uyğun
olaraq, ehtiyac duyulan bir sıra bir sıra yeni ixtisasların açılması
planlaşdırılır.
Moderator.az

- A-
- A
- A+
Cəmiyyət
11:55 / 16.09.2013
Kolleclərin müəllimləri attestasiya olunacaq
Hazırda oxunan: Kolleclərin müəllimləri attestasiya olunacaq
Hazırda oxunan: Kolleclərin müəllimləri attestasiya olunacaq
33866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































