Rəsul Quliyevdən ağsaqqal məsləhəti”¦

Rəsul Quliyevdən ağsaqqal məsləhəti”¦

Hazırda oxunan: Rəsul Quliyevdən ağsaqqal məsləhəti”¦

33061

Eks-spiker Rəsul Quliyev son günlər sosial şəbəkələrdə daha da fəallaşıb. Moderator.az onun dünən gecə paylaşdığı növbəti “ağsaqqal məsləhəti”ni  təqdim edir:

“Hörmətli mənim yazılarımı oxuyanlar və oxumadan hədyan, əhəmiyyətsiz, yazanın səviyyəsini müəyyənləşdirən yazanlar, sizlərdən xahişim olacaq. Siz bu yazıları oxuyarkən 3-4 cümlədən sonra hiss etsəniz ki, anlaya bilmirsiniz, sizin beyninizin xörəyi deyil, ardını oxumayın, çünki davam etsəniz başa düşməməyiniz sizi dahada əsəbləşdirəcək və nəticədə normal insana xas olmayan cümlələrdən istifadə edəcəksiniz. Yazılara diqqət yetirsəniz hər biri sadə izahatdan başlayıb daha mürəkkəb analizlərə tərəf gedir,ona görə ilk cümlələrdən qərar verin. 

Yazıları oxuyub başa düşənlərin bu hədyanları yazanlara cavabları da daha çox qaldırılmış məsələlərin ətrafında olsa yaxşıdır. Yoxsa “tərbiyəniz olsun ağsaqqal kişiyə o nə sözlərdir yazırsınız” kimi cümlələr əxlaqsız adamları daha da qızışdırır. Özü də Azərbaycanda bir çox anlayışlar kimi “ağsaqqal” anlayışı da mücərrəddir. Normal ölkələrdə başqalarının şəxsiyyətinə, fikirlərinə hörmətlə yanaşmağı 3 yaşından tərbiyə edirlər, Azərbaycanda guya “ağsaqqala hörmət etmək bizim qanımızdadır” nəzəriyyəsi absolyut yalandır. 

Azərbaycanda daha çox ağ saqqalı olan hələ ağsaqqal demək deyildir, qoy o adam ağ saqqalından utansın, onun harası ağsaqqal oldu, bu qədər yaşayıb yıxılıb ölsəydi canımız qurtarardı kimi qanadlı frazalar xalqda belə bir xarakterin formamalaşmasına dəlalət edir. Sadəcə olaraq hər bir kəs cavan və ya yaşlı olmasından asılı olmayaraq başqasının fikirlərinə hörmətlə yanaşmalıdır əgər bacarmırsa ağzını yummalıdır, tərbiyəsizliyini daxilində saxlamalıdır, yazıya çevirməməlidir. Bunları ona görə yazıram ki, mənim insanları öz haqları uğrunda mübarizəyə çağıran analitik yazılarım davam etdiriləcək, heç bir şey oxumadan hədyan yazanların səhifəyə daxil olmaqlarının qarşısını almaq həvəsim yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO