Nizami İsgəndərov “yoxa çıxıb”

Nizami İsgəndərov “yoxa çıxıb”

Hazırda oxunan: Nizami İsgəndərov “yoxa çıxıb”

32747

Bir müddət öncə adı “Nabran Village Holiday” istirahət mərkəzindəki bədbəxt hadisə ilə gündəmə gələn sabiq millət vəkili Nizami İsgəndərov “yoxa çıxıb”. Bu barədə Moderator.az saytını bilgiləndirən özəl mənbənin sözlərinə görə, artıq bir neçə həftədir ki, tanınmış iş adamını gördüm deyən yoxdur: 

“Nabrandakı istirahət mərkəzində baş verən bədbəxt hadisədən  sonra ictimai rəydə ciddi qınaq mənbəyinə çevrilən N.İsgəndərov bir neçə həftədir ki, “yoxa çıxıb”. Hər zaman sahibi olduğu ticarət obyektlərini və ictimai iaşə müəssisələrini şəxsən gəzib yoxlamağı xoşlayan iş adamı xeyli müddətdir ki, gözə görünmür. Hazırda N.İsgəndərovun iş adamı kimi üzərinə düşən missiyanı yaxın qohumları həyata keçirir. Sabiq millət vəkilinin özünün isə harada olduğu bəlli deyil. Ehtimallara görə “Nabran Village Holiday” istirahət mərkəzində baş verən olaydan sonra həm hüquq-mühafizə orqanları, həm də  ictimaiyyət və ölkə mediası tərəfindən ciddi basqıya məruz qalan iş adamı ölkədə deyil. Onun xarici ölkələrin birində istirahət etdiyi və son vaxtlar yaşadığı sarsıntıları unutmağa çalışdığı iddia olunur”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO