Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan şöbəsinin rəisi Anar İsmayılov həbs edilib. Buna səbəb hərbi komissarrın adıçəkilən dövlə qurumunun rəisi general Arzu Rəhimovun sürücüsü ilə 500 min manat məbləğində apardığı sövdələşməsi ilə bağlıdır.
Məlum məsələ ilə bağlı Moderator.az saytına açıqlama verən “Hərbi Jurnalıistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov baş verənlərə görə A.Rəhimovun Hərbi Prokurorluq və ictimaiyyət qarşısında açıqlama verməli olduğunu bildirib:
“Bu hadisə bir ay bundan öncə baş verib. Anar İsmayılovla eyni vaxtda Arzu Rəhimovun sürücüsü Namiq Cəfərov həbs edilib. Həbsin səbəbi isə A.Rəhimovun sürücüsünün 500 min manatla üç hərbi komissardan vəzifədə saxlanılmaları üçün pul almasıdır. Bunlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı, Ağsu və bir də Qobustan şöbəsinin rəhbərləridir. Rüşvətin üstü isə bu adamların təyinatlarının həyata keçirilməməsinin səbəbləri ilə maraqlanmasından sonra açılıb. Bundan sonra şikayət olunub və nəticədə Namiq Cəfərov həbs edilib. Mətbuat bu adamın adını Natiq kimi qeyd edir. Və bu səbəbdən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu şəxslə bağlı açıqlama vermir. Çünki onlarda Natiq adlı sürücü yoxdur. Arzu Rəhimov meydana çıxmalı və mətbuat da, Hərbi Prokurorluq da bu şəxsi dindirməlidir. O, aydınlıq gətirməldir ki, necə olub ki, onun sürücüsü bu cür yaramazlıqlarla məşğul olub”.
Seymur Əliyev

































































































