Sumqayıtda qəzalı məktəb binası sökülür  -Yenisi tikiləcək...

Sumqayıtda qəzalı məktəb binası sökülür -Yenisi tikiləcək...

Hazırda oxunan: Sumqayıtda qəzalı məktəb binası sökülür -Yenisi tikiləcək...

269888
Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olan 9 nömrəli orta ümumtəhsil məktəbinin binası sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilir.

Məktəbin kollektivi isə müvəqqəti olaraq keçmiş "İstək" liseyinin binasına köçürülüb və tədris prosesi orada davam etdirilir.

Yeni məktəb binası 1176 şagird yerlik və 4 mərtəbəli olacaq. Tikinti işlərinin sentyabr ayına kimi başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.(ona.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO