Sumqayıt sakini ailəsinin gözü önündə özünü yandırdı

Sumqayıt sakini ailəsinin gözü önündə özünü yandırdı

Hazırda oxunan: Sumqayıt sakini ailəsinin gözü önündə özünü yandırdı

265338
Sumqayıt sakini ailə üzvlərinin gözü qarşısında özünü yandırıb.

Bu barədə şəhər polis idarəsindən məlumat verilib.

Aprelin 2-də, gecə saatlarında 58 yaşlı Dadaşov Kamil İmaməddin oğlu yaşadığı evdə üzərinə benzin tökərək, özünü oda verib.

Bu zaman K.Dadaşovun yaxınları evdə olub. Onlar qorxulu mənzərəni görən kimi dərhal müdaxilə edərək, alovu söndürüblər. Zərərçəkən xəstəxanaya çatdırılıb.

Əldə olunan məlumata görə, K.Dadaşovun bədəninin 70 faizi yanıb, onun sağ qalacağına ümid azdır.

Həmin şəxsin özünü yandıran zaman içkili vəziyyətdə olduğu müəyyən edilib.

K.Dadaşovun yaxınları onun spirtli içki alüdəçisi olduğunu təsdiq edib.

Sumqayıt sakininin həmin gün intihar etməyə çalışdığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO