Azərbaycan fəlsəfə tarixinin inkişafındaxa0 fədakar əməyi ilə yaddaşlarda qalan alim-filosoflardan biri də Yusif İman oğlu Rüstəmovdur. O, 1932-ci ildə Qazax şəhərində anadan olmuşdur. O, ailənin üçüncü övladı idi. İman kişinin ibtidai təhsili var idi. Anası Səlimə xanım da sadə bir evdar xanım olub. Övladlarının tərbiyəsinə xüsusi diqqət yetirib.
Yusif Rüstəmov 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1954-cü ildə həmin fakültənin fəlsəfə şöbəsini fəlsəfə ixtisası üzrə bitirmişdir. 1954-cü ildə Saatlı rayonunun Krasnoselski kənd orta məktəbində tarix fənnini tədris etmişdir.xa0 1961-ci ilədəkxa0 orada fəaliyyət göstərmişdir. Əvvəlcə tədris hissə müdiri, sonra isə həmin məktəbin direktoru vəzifəsində çalışmışdır.xa0
Yusif Rrüstəmov1961-ci ildə Mockvada SSRİ Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aspiranturasına daxil olmuş, 1964-cü ildə oranı bitirib və 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır.
1964-cü ildən 1974-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəaliyyət göstərmişdir. 1973-cü ildəxa0 doktorluq dissertasiyası müdafiə edərək, fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır. 1974-2003-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universitetində)kafedra müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda da 2000-2003-cü illərdə özəl əsaslarla fəaliyyət göstərən Azərbaycan Universitetinin prorektoru vəzifəsində də fəaliyyət göstərmişdir.
2003-cü ilin fevral ayında Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru təyin edilmişdir. Görkəmli alim 2010-cu ildə həyatla vidalaşmışdır. Allah rəhmət eləsin!
Yusif müəllim istər fəlsəfə, istərsə də sosial-siyasi elm sahələrində böyük nailiyyətlər qazanbmışdır. O, elmin üç böyük sahəsində bacarıq və qabiliyyətini sınamış görkəmli alimdir. Onun sosial-siyasi və hüquqi tədqiqatları Azərbaycanın bütün alim-hüquqşünasları üçün əsil nümunədir.
Əsərlərinin nəşr olunma ardıcıllığı göstərir ki, bu insan elmin ziyası ilə yaşayır. Yusif Rüstəmovun fəlsəfəyə aid ilk elmi işi fəlsəfə elmləri namizədi Hüseynağa Həsənovla birlikdə hazırladıqlarıxa0 “Karl Marks:inqilabi fikir dühası” adlı kitabçadır. Bu əsər 1988-ci ildənəşr olunmuşdur, 80 səhıfədən, 5 fəsildən ibarətdir.
Birinci fəsil—Karl Marksın yaratdığı fəlsəfə fikir tarixində inqilabdır” adlanır. 3 paraqrafdan ibarətdir. Birinci paraqraf “ Marksizmin tarixi köklərivə nəzəri mənbələri” adlanır. İkinci paraqraf “Karl Marksın fəlsəfi görüşlərinin formalaşması” adlanır. Üçüncü paraqraf Marksizm fəlsəfəsinin inqilabi mahiyyəti2 adlanır.
İkinci fəsil—“ Karl Marks tərəfindən tarixə materialist baxışın inkişaf etdirilməsi (1848-ci il inqüilabından 1871-ci il Paris Kommunasına qədər) adlanır. Bu fəslin özü də dprd paraqrafdan ibarətdir və bunlar aşağıdakı kimi adlandırılır:
1.1848-1871-ci illərdə marksizmin inkişafının tarixi şəraiti.
2. Marksizmin inqilabi nəzəriyyəsinin daha da inkişaf etməsi (1848-1852-ci illər)
3.Karl Marks tarixdə xalq kütlələrinin və şəxsiyyətin rolu haqqında
4.Tarixi materializmin sonrafkı inkişafı (50-60-cı illər)
3-cü fəslin adı belədir: “Karl Marksın “Kapital” əsərində materialist dialektikanınxa0 sonrakı inkişafı” Bu fəsil iki paraqrafdan ibarətdir.1).”Kapital”da obyektivxa0 dialektikanın təhlili”. 2.” Kapital”daxa0 metod, idrak nəzəriyyəsi və məntiq məsələləri”.
Dördüncü fəsil belə adlanır: “ 70=80-ci illərin əvvəlində Karl Marks tərəfindən fəlsəfənin daha da inkişaf etdirilməsi”.Bu fəsil də iki paraqrafdan ibarətdir: birinci paraqraf “Karl Marks tərəfindənxa0 Paris Kommunasının inqilabi təceübəsininxa0 fəlsəfi ümumiləşdırılməsi. Kiçik burjua ideologiyasına qarşıxa0 mübarizənin daha da kəskinləşməsi” və ikinci paraqraf “ K. Marksın “Qota proqramının tənqidi” əsərinin tarixi əhəmiyyəti” adlanır.
Beşinci fəslə isə belə başlıq verilib: “Karl Marksınxa0 ideyaları yaşayır və qalib gəlir”.
Birinci və ikinci fəsilləri fəlsəfə elmləri namizədixa0 Hüseynağa Həsənov, üçüncü və beşinci fəsillərixa0 fəlsəfə elmləri doktoru professor Yusif Rüstəmov yazmışdır.xa0
Birinci və ikinci fəsildə gedən məqalələrin məzmunuxa0 onların adlarına uyğundur. Müəllif çalımışdır ki, seçdiyi mövzuları daha ətraflı , sadə və anlaşılanxa0 formada oxucuya çatdırsın və onların biliklərini inkişaf etdirsin.
Doğrudan da Hüseynağa Həsənov marksizmin tarixi köklərini, nəzəri mənbələrini, onun fəlsəfi görüşlərinin formalaşdığı tarixi və soaial-siyasi şəraiti , marksizm fəlsəfəsinin inqilabi mahiyyətini, marksizmin inqilabi nəzəriyyəsininxa0 inkişaf etməsini, tarixdə xalq kütlələrinin və ayrı-ayrı şəxsiyyətlərinxa0 rolu haqqındaxa0 Marksın fikirlərini , habelə, tarixi materializmin sonrakı inkişaf mərhələlərinixa0 və sairəni oxuculara çatdıra bilmişdir.
Bizi daha çox professor Yusif Rüstəmovun yaradıcılığı, fəlsəfi tədqiqatları, fəlsəfi görüşləri maraqlandırır. Bu əsərdə dəxa0 yuxarıda göstərildiyi kimi, üçüncü və beşinci fəsilləri o yazmışdır.xa0 Birinci paraqrafda müəllif göstərir ki,xa0 “Kapital”da vahid materialist dialektikaxa0 bir-birindən fərqli, lakin vəhgdətdə olan iki formada çıxış edir: 1).Obyektiv dialektika.2).Subyektiv dialektika, yəni idrak predmetlərininxa0 inkişaf qanunları ilə tam uyğunluq təşkil etməyənxa0 idrak prosesininxa0 spesifik dialektikxa0 qanunları. Birinci haldaxa0 ümumi dialektik kateqoriyalar (“obyektiv ziddiyyət”, “kəmiyyət”, keyfiyyət”, “imkan və gerçəklik”, təsadüf və zərurət” bə s.), ikinci halda isə xüsusi qnoseoloji kateqoriyalar (“idrakın ziddiyyətləri”, “ məntiqilik”, “mücərrədlik”, “analiz” və s.) fəaliyyət göstərir.xa0
Sonra Yusif müəllim K.Marksınxa0 dialektik metodu iləxa0 Hegelin dialektik metodlarının fərqli olduğunu, Marksın dialektikasınınxa0 materialist xarakter daşıdığını qeyd edir. Habelə,nəzərə çatdırır ki, idrak prosesi haqqında da onların fikirlərixa0 müxtəlifdir. Hegeldən fərqli olaraq, Marks belə hesab edir ki, idrak dərk edən və maddi gerçəkliyi əməli olaraq dəyişdirən ictimai insanın şüurunda maddi obyektlərin çox mürəkkəb və ziddiyyətlixa0 əks olunma prosesidir.xa0
Yusif müəllim qeyd edir ki, kapitalist iqtasadiyyatınınxa0 daxili əlaqələri –iqtisadi həyatın qanunları Marksa qədərxa0 mahiyyət etibarilə hələ açılmamışdı. İqtisadi həyat qanunları və ümumiyyətlə, elmlərinxa0 obyektiv qanunlarıxa0 dedikdə, Marks hadisələr arasındakıxa0 ən əsas, daxili vəı zəruri əlaqələri nəzərdə tutur. Bu qanunlar obyektiv xarakter daşıyır, səbəb-nəticə əlaqələrini əks etdirir, deməli, insanların iradəsindən asılı olmayaraq fəaliyyət göstərir.
Yusif Rüstəmovxa0 “Kapital”da işlənmiş “dəyər”, “izafi dəyər”, “istehlak dəyəri”, “kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinəxa0 keçməsi”, “imkan və gerşəklik”, “inkarı inkar”,xa0 “əksliklərin vəhdəti və mübarizəsi”, “mahiyyət və hadisə” və sair qanun və kateqoriyalarınxa0 iqtisadiyyatda istifadə olunması haqqında da yetkin bir iqtisadçı kimi məlumat verir. Bu da onu göstərir ki, Professor Yusif Rüstəmov bu sahəyə də yaxından bələddir.
Yusif müəllim Marksı və marksizmixa0 müdafiə edərək, kapitalist cəmiyyəti və quruluşu haqqında Marksın irəli sürdüyüxa0 müddəaların doğruluğunu təsdiq edir. Kapitalizm cəmiyyətinin ziddiyyətləri haqqındaxa0 geniş söhbət açır, Ükapital”da metod, idrak nəzəriyyəsi və dialektik məntq haqqında , məzmun və forma, məntiqilik və tarixilik barəsindəbunları bilən və bilməyən oxuculara məlumat verir, terminləri sadələşdirir və hamının başa düşəcəyi şəklə salır.
“Kapital”dan danışarkən, abstrakt və konkretlik, səbəb və nəticə, induksiya və deduksiya, analiz və sintez terminlərini dəxa0 izah edir. Professor Yusif Rüstəmovxa0 “Qota proqramının tənqidi” əsərinixa0 də diqqətlə oxumuş və onun tarixi əhəmiyyətini də özünəməxsus şəkildə təhlil etmişdir.
Bu kitabçada gedən məqalələr də müəllifin çoxsahəli və çoxşaxəli biliyə malik bir alim olduğunu göstərir.
Yusif Rüstəmovun ikinci kitabı “Sosial-siyasi və Hüquqi təlimlər” adlanır. Əsər 2007-ci ildə Azərbaycan Universitetinin nəşriyyatı tərəfindən buraxılmışdır. Kitab müəllifin həmin Universitetdəxa0 bu fənn üzrə oxuduğu mühazirələr əsasında hazırlanmışdır.xa0 Kitabın giriş hissəsində müəllif yazır:” Yuxarıda göstərilən kitab olduqca geniş məkan və zamanı əhatə edir;qədim dövrdən başlamışindiyə qədər dünyada mövcud olan əsas sosial-siyasi və hüquqi fikir cərəyanları , görkəmli alimlərin görüşləri təhlil edilir. Bu sahədə yazılmış başqa kitablardan fərqli olaraq, burada Şərqdə(Asiyada), Qərbdə (Avropa və Şimali Amerikada)və Azərbaycanda soaial-siyasi və hüquqi fikir xronoloji ardıcıllıqla , mümkün olan yerlərdə müqayisəli şəkildə təhlil edilir.
Göstərmək lazımdır ki, siyasi və hüquqi fikir mənbəyini fəlsəfi fikirlər təşkil edir. Orta yüzilliklərədək siyasi və hüquqi təlimlərin ən böyük nümayəndələri məhz filosoflar olmuşlar. Bu barədə tədqiqatşı alim A.Quliyev yazır:” Bu baxımdan xalqımızın tanınmış filosf alimi Yusif Rüstəmovun belə bir ağır missiyanı öz üzərinə götürməsi və onun öhdəsindən layiqincə gəlməsi mühüm elmi hadisə kimi qiymətləndirilməlidir”.
Bu kitab 23 fəsildən ibarətdir. O, sosial-siyasi və hüquqi təlimlərin yaranmasından başlayaraq, XX1 əsrin birinci yüzilliyinin sonunadək olanxa0 böyük bir tarixi dövrü əhatə edir. Demək lazımdır ki, bu kitab oxucunu ideoloji cəhətdən silahlandırır, ona yabançı olanideyalarla mübarizədə mənəvi dayaq olur, öz mövqeyini düzgün müəyyən etməkdəxa0 köməklik göstərir.
Müəllif Azərbaycan, Rusiya və Türkiyədə bu sahəyə aid nəşr olunmuş yüzlərlə mənbədən istifadə etmiş, Avropa, Amerika və Şərq alimlərinin əsərlərindən də bəhrələnmişdir.
A.Quliyev bu əsər haqqında yazır:” Professor Yusif Rüstəmovunxa0 elmi yaradıcılığında , xüsusilə onun sosial-siyasi və hüquqi araşdırmaları içərisində özünəməxsus yrt tutan bu kitab az bir zamanda geniş oxucu kütləsini cəlb etmişdir..Bu da təsadüfi deyildir, çünki o, gərgin elmi axtarış və təhlillərin nəticəsidir. İkincisi, ana dilimizdə yazılmışdır. Üçüncüsü, dərin milli ruha malikdir. Dördüncüsü, onun müəllifi atəşin hissli,insanpərvər və hünəppərvər bir alim-şəxsiyyətdir.”
Bu kitab akademik nəşr xarakteri daşıyır.xa0 Əsər son dərəcə sadə dildə yazılmışdır. Dili səlis, aydın və rəvandır. Oxucunu yormur. Sosial-siyasi və və hüquqi təlimlər tarixinin formalaşmasına və inkişafına ən çox fəlsəfə, siyasi fəlsəfə və sosialogiya təsir göstərmişdir.
Professor Yusifxa0 Rüstəmov, hər şeydən əvvəl, filosofdur. O, Azərbaycan fəlsəfəsinin, fəlsəfə elminin inkikşafında xüsusi rol oynamışdır.
Yusif Rüstəmov görkəmli bir filosof kimi elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Onun böyük uğurları, fəlsəfə elminin tərəqqisi yolundaxa0 fədakarlılğı Azərbaycan fəlsəfəsininxa0 yüksək səviyyədə olması barədə şəhadət verir.(A.Quliyev.”Fəlsəfə elminin fədakarı professor Yusif Rüstəmov”)
Yusif Rüstəmovun fəlsəfi əsərlərində başlıca məqsəd qlobal problemlərinxa0 həllinə səy göstərmək, bu sahədə yeniliyə nail olmaqdan ibarət idi. Onun elmi-fəlsəfi yaradıcılığı fəlsəfənin əsaslarınınxa0 tədqiqinə həsr olunmuşdur.
Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
xa0fəlsəfə tarixi şöbəsinin aparıcı elmi
xa0işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,xa0
Qabaqcıl Maarif Xadimi.



























































































