Zəlimxan Yaqubun

Zəlimxan Yaqubun "Peyğəmbər" poeması Təbrizdə nəşr olunub

Hazırda oxunan: Zəlimxan Yaqubun "Peyğəmbər" poeması Təbrizdə nəşr olunub

249396
Xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub. Təbrizin Hünəri-hövzəsinin dəstəyi ilə “Əxtar” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən poemanı fars əlifbasıyla nəşrə hazırlayan İran Aşıqlar Birliyinin sədri, aşıq Səlcuq Şahbazidir. 2018-ci il noyabrın 24-dən 27-dək Təbrizdə Azərbaycan, Türkiyə və Gürcüstandan da aşıqların qatıldığı birinci Beynəlxalq aşıqlar festivalının birinci günü məhz bu kitabın təqdimatına həsr olunub. Təbrizin mərkəzindəki böyük mədəniyyət ocaqlarından birində keçirilən təqdimat mərasimində İranın Şərqi Azərbaycan vilayətinin və Təbriz şəhər bələdiyyəsinin rəhbərliyi, İran parlamentinin üzvləri ilə yanaşı, Azərbaycandan dəvət olunmuş qonaqlar da iştirak ediblər. Şərqi Azərbaycan vilayəti valisinin müavini Bədri Şükuhi, Təbriz Bələdiyyəsinin sədri İrəc Şahin Baher, İran parlamentinin üzvü Rza Beygi və digər çıxışçılar Zəlimxan Yaqubun bir şair kimi böyüklüyündən, “Peyğəmbər”in Təbrizdə çap olunmasının və belə tədbirlərin davamlı olmasının əhəmiyyətindən danışıblar. Kitabın nəşrində və bütövlükdə tədbirin keçirilməsində böyük zəhmətləri olan Təbriz şəhəri üzrə hünəri-hövzənin rəisi Seyyid Bəlaği tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb və bu yöndə işlərin gələcəkdə də davam etdiriləcəyini deyib.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub irsinin araşdırıcısı, Musa Nəbioğlu və Zəlimxan Yaqubun qardaşı Çingiz Yaqubov Xalq şairinin bu əsərinin Təbrizdə nəşr olunmasını və belə bir möhtəşəm təqdimat mərasimi keçirilməsini yüksək dəyərləndirərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO