“Zəngilan şəhərciyi”ndə su xəttindəki qəza aradan qaldırılıb - RƏSMİ

“Zəngilan şəhərciyi”ndə su xəttindəki qəza aradan qaldırılıb - RƏSMİ

Hazırda oxunan: “Zəngilan şəhərciyi”ndə su xəttindəki qəza aradan qaldırılıb - RƏSMİ

249109
Dünən Abşeron rayon Masazır qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış “Zəngilan şəhərciyi”ndə axşam saatlarından sakinlər suyun kəsildiyini bildiriblər. Buna səbəb isə su xəttində baş verən qəza olub. Sakinlər iki gündür ki, susuz qaldıqlarını və qəzayla bağlı “Azərsu”ya müraciət etsələr də, problemin aradan qaldırılmamasından şikayətləniblər.

Məsələylə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. A.Cəbrayıllı Moderator.az-a açıqlamasında su xəttindəki qəzayla bağlı məlumat alan kimi qurum əməkdaşlarının hadisə yerinə gedərək, problemi aradan qaldırdıqlarını bildirib:

“Dünən “Zəngilan şəhərciyi”ndə 160-lıq su xəttində baş vermiş qəza əməkdaşlarımız tərəfindən aradan qaldılırıb və suyun verilişi bərpa edilib. Bizə məlumat daxil olan kimi, əməkdaşlarımızı xəbərdar edib əraziyə göndərmişik. Sakinlərin narahatçılığına heç bir səbəb yoxdur”.

Vasif Əlihüseyn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO