“Bəzən şəhidlik anlayışı da istismar edilir...”

“Bəzən şəhidlik anlayışı da istismar edilir...”

Hazırda oxunan: “Bəzən şəhidlik anlayışı da istismar edilir...”

245522

“Burda məqsəd ondan ibarətdir ki, şəhidlik məktəbini gənclərimiz arasında diri saxlayaq və şəhidlik məhfumunu həqiqi anlamda insanlara çatdıraq”

Bunu Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli dünən şəhidlərimizlə bağlı keçirilən görüşə münasibət bildirərkən deyib. H.Şahin bildirib ki, bəzən şəhidlik adını da istismar etməyə cəhdlər edirlər:

“İmam Hüseyn Əlehi Salamın qırx mərasimi ərəfəsində şəhidlik məktəbi haqqında bir tədbir keçirdik. Biz həmişə şəhid ailələri ilə və qazilərimizlə mütəmadi görüşlər keçiririk. Ziyarətlərdə şəhidlərimizi təbliğ edən lövhələr hazırlayaraq və Kərbəla ziyarəti zamanı bunu həyata keçirmişik. Məhərrəmlik ayında məscidimizdə də şəhidlərimizin güşəsi yaradıldı. Burda məqsəd ondan ibarətdir ki, şəhidlik məktəbini gənclərimiz arasında diri saxlayaq və şəhidlik məhfumunu həqiqi anlamda insanlara çatdıraq. Çünki bəzən şəhidlik anlayışı da istismar edilir və bu anlayışlardan başqa məqsədlər üçün istifadə edirlər. Bəzi hallarda Kərbəla hadisəsindən də siyasi məqsədlər üçün istifadə etməyə cəhdlər olur. Ona görə də biz bu mövzunu gündəmdə saxlayırıq ki, bu məsələlər istismar edilməsin və şəhidliyin həqiqi mahiyyəti gənclərimizə məlum olsun”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO