Deputat Vahid Əhmədovla  FOTOSÖHBƏT

Deputat Vahid Əhmədovla FOTOSÖHBƏT

Hazırda oxunan: Deputat Vahid Əhmədovla FOTOSÖHBƏT

245334

Moderator.az Modern.az-a istinadənxa0Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovla FOTOSÖHBƏT layihəsini təqdim edir.xa0


Vahid Qazməmməd oğlu Əhmədov 2 aprelxa01947-ci ildəxa0Quba rayonunun Qonaqkənd qəsəbəsində dünyaya gəlib. Ailədə 9 uşaq olublar.

1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirib.xa01965-1971-ci illərdəxa0Azərbaycan Politexnik İnstitutunda təhsil alıb, mühəndis-energetik ixtisasına yiyələnib.

1989-1992-ci illərdəxa0Almaniyadaxa0Bonn Menecment İnstitutunuxa0bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülüb.

1967-1971-ci illərdə Bakıdakı Şmidt maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışıb.

1971-1972-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq, oradaxa01972-1977-ci illərdə sex rəisi vəzifəsində işləyib.xa01977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirib.

1981-1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışıb.

1983-1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun,xa01986-cı ildə Keşlə maşınqayırma zavodunun,xa01989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olub.

1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü seçilib.

1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak edib, Azərbaycanın müstəqilliyinin lehinə səs verən 43 “istiqlalçı deputatlar”dan biri olub.xa0

Azərbaycan Prezidentininxa023 aprelxa01992-ci il tarixli, 694 nömrəli Fərmanı ilə Baş nazirinin müavini təyin edilib.xa016 mayxa01992-ci ildə həmin vəzifədən azad edilərək, Baş nazirin birinci müavini təyin edilib.xa018 mayxa01992-ci ildə həmin vəzifəyə yenidən təsdiqlənib.xa029 aprelxa01993-cü ildə də yenə həmin vəzifəyə təsdiqlənib.xa0
Azərbaycan Respublikası Prezidentininxa09 dekabrxa01993-cü il tarixli, 56 nömrəli Fərmanı ilə Baş nazirin birinci müavini vəzifəsindən azad edilib.

1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seçki dairəsindənxa0Azərbaycan SSR Ali Sovetinə deputat,xa02005,xa02010 və 2015-ci illərdə isə 52 saylı Quba seçki dairəsindənxa0Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib.
Hazırda Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.

Vahid Əhmədov texnika doktoru, 300-ə yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Sahibkar-menecment" kitabı 2000-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunub.

33 yaşında ailə həyatı qurub. İki övladı - 1 oğlu və 1 qızı var. Övladlarının hər ikisi hüquqşünasdır.

“Şöhrət” ordeni ilə təltif olunub.



Bu şəkil orta məktəb illərində çəkilib. Sinif yoldaşlarımızla birlikdə “1 May”ı qeyd etmək üçün Təngə dağına gəzməyə çıxmışdıq. Soldan birinci mənim ən yaxın dostum Adildir. Ondan sonrakı sinif yoldaşım Heydər, mən və məndən sağdakı isə Mehdidir.

Yenə sinif yoldaşlarımızla çəkilən şəkil. Çox güman ki, 1964-65-ci illərə aiddir. Soldan ikinci mənəm. Sağdan birinci isə mənim ən yaxın dostum Adil.xa0

Göründüyü kimi, əsgərlik illərində çəkilən şəkildir. Mən hərbi xidmətimi 1971-1972-ci illərdə Kiyevdə çəkmişəm. Şəkildəki əsgər yoldaşlarım arasında başqa ölkələrdən olanlar da var.

Qaldığım yataqxanada. Tələbəlik illərim idi. Yadımdadır ki, imtahan ərəfəsi idi və çertyoj çəkirdim.xa0

Leytenant Şmidt adına zavodda Sex rəisi olduğum illərə aiddir. Mənim iş otağım bu cür idi.

Bu şəkil Şmidt zavodunda çəkilib. Ətrafımdakılar zavodda çalışan işçilərdir. Şəkilin çəkildiyi il dəqiq yaddaşımda qalmayıb.xa0


Zavodda sex rəisi çalışdığım illər. 70-ci illərin ortaları olmalıdır...

Leytenant Şmidt zavodunun direktoru Bəxtiyar müəllimlə. Amma bu şəkil çəkilən illərdə o hələ rəhbər deyildi.xa0



Gənclik illərindən daha bir xatirə...xa0Sənəd üçün çəkilmiş çəkil...

1989-1992-ci illər... Almaniyanın Bonn şəhərində çəkilib. Qara kostyumlu, qalstuklu olan mənəm. Ətrafımdakılar isə müxtəlif ölkələrdən gələn qrup yoldaşlarımdır. Həmin vaxt bütün SSRİ-dən 49 nəfəri seçib, Almaniyaya bazar iqtisadiyyatı üzrə oxumağa göndərmişdilər. İki qrupa ayrılmışdıq. Həmin illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin alovlandığı dövr idi. Ona görə, qrupları elə təşkil etmişdilər ki, biz ermənilərlə birlikdə deyildik. Azərbaycanlıların olduğu qrup səhər, ermənilərin olduğu qrup isə günorta Bonn Menecment İnstitutuna gəlirdi. Beləliklə, narazılıq yaranmırdı. Bu qərar SSRİ Nazirlər Kabinetinə aid idi. Biz Almaniyada təhsilimizi davam etdirən vaxt SSRİ dağıldı.


Həyat yoldaşımla ailə qurduğumuz il çəkilən şəkil - 1979...xa0



Xanımımlabirlikdə... O zaman hələ gənc vaxtlarımız idi...


Həyat yoldaşım və oğlumla birlikdə Moskvada.xa0


Bu şəkil təxmini 1985-86-cı illərdə çəkilib. Heydər Əliyev rəhbəri olduğum zavodu ziyarətə gəlmişdi.

1985-86-cı illər... Heydər Əliyev, Kamran Bağırov, Fuad Musayev və digər rəhbər şəxslər bizim zavodda...



İşdən sonra... Oğlumla birlikdəyəm.

Keçmiş prezident Əbülfəz Elçibəylə Türkiyədə görüşlərin birində çəkilib. 1992-ci ilə aid olmalıdır. Mən o zamanlar Baş nazirin birinci müavini idim.


Azərbaycandakı xarici nümayəndə heyəti və həmyerlilərimiz olan rəhbərlərlə.

Bu şəkil İraqda çəkilib. Azərbaycan nümayəndə heyəti ilə birlikdə İraq prezidenti Səddam Hüseynin doğum gününə getmişdik. Yadımdadır ki, həmin vaxt Bağdadda bütün məscidləri ziyarət etmişdik.xa0



Almaniyada rəsmilərlə görüş zamanı çəkilən bir şəkil. Əlini uzadan, eynəkli adam Almaniyanın iqtisadiyyat naziri idi. Sağ tərəfdə, mənim yanımda dayanan isə Azərbaycanın Almaniyadakı səfiri Hüseynağa Sadıqovdur.xa0

Məktəb illərindən bəri dostluq etdiyim Adil Ramazanovla birlikdə.

Quba sakinləri ilə görüş. Mən ortada dayanmışam, sağ tərəfimdəki isə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədir.


Deputat seçkisi kampaniyası ərəfəsində Qubada ən yaşlı sakinlə görüşdən.xa0


Nəvəmlə birlikdə. Quba ya da Zaqatala ərazisidir. İstirahət vaxtı çəkilib.


Deputatın iş otağından...

Ailə üzvlərimizlə birlikdə. Şəkil 2008-ci ilə aiddir. Mən, həyat yoldaşım, gəlinimiz, oğlum və qızım... Övladlarımın hər ikisi hüquqşünasdır.

Yenə Qubada, Qonaqkənddə çəkilən şəkillərimdən biri. Təxmini 2007-2008-ci illər olacaq. Təngə dağının ətəyindəyik. Yadımdadır ki, dağa Qaçaq Mayılın mağarasına baxmaq üçün çıxmışdıq. Bizdən sağda bir səmtdə həmin mağara olmalıdır. Ortada, gümüşü kostyumda mənəm, sağ tərəfimdəki isə kiçik qardaşım.xa0



Qubada. Dostlarımızla istirahətdə...


Oğlum və mən...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO