“Televiziyalar sosial şəbəkələrdə gördüyü trendləri efirə gətirəndə belə uğursuzluğa düçar olurlar”

“Televiziyalar sosial şəbəkələrdə gördüyü trendləri efirə gətirəndə belə uğursuzluğa düçar olurlar”

Hazırda oxunan: “Televiziyalar sosial şəbəkələrdə gördüyü trendləri efirə gətirəndə belə uğursuzluğa düçar olurlar”

245093
Son zamanlar televiziya kanallarındakı verilişlərə intellektual səviyyəsindən asılı olmayaraq sosial şəbəkədə müxtəlif hərəkətlərə görə ad çıxarmış insanları dəvət edirlər. Burda məqsəd aydındır. Aparıcı çalışır ki, verilişi baxımlı olsun, qonağın isə kim və nəçi olmağının o qədər də önəmi yoxdur. Bu yaxında “Canım sizə desin” verilişinin aparıcısı Mehriban Xanlarova da elə verilişinə özünü “Azəri Vandam” kimi təqdim edən gənci dəvət etməsinin güdazına getdi.xa0xa0

Yeni yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekpsert, yazıçı-kulturoloq Aydın Xan Əbilov Moderator.az-a açıqlamasında bildirdi ki, televiziyalar daha ciddi informasiya vasitəsi hesab olunur və ona görə də bu məsələdə diqqətli olmaq lazımdır:

“Azərbaycan televiziyasında proqramlarla bağlı bizim də dönə-dönə tənqid etdiyimiz, amma obyektiv və subyektiv səbəblərə görə müəyyən problemlər var ki, bu problemlərin həlli zamanla əlaqədardır və vaxt keçdikcə onlar aradan qaldırılır. Bəzilərinin isə ya gec, ya da tez efir talelərinə nöqtə qoyulur və yeni verilişlər açılır. Hətta televiziya kanallarının bəziləri qapadılaraq yeniləri açılır və bunu da təbii qəbul etməliyik. Çünki on doqquzuncu əsrin sonları, iyirminci əsrin əvvələrində kütləvi informasiya vasitələrinə elektronlaşdırma getdi, radio, televiya və indi də sosial şəbəkələr inkişaf etməyə başladılar. Onların tarixinə nəzər salanda bu tipli verilişlərin, kanalların bağlanması hadisəsi ilə rastlaşırıq. Bu digər ölkələrdə də var.xa0

Qaldı ki, Mehriban Xanlarovanın “Canım sizə desin” verilişi şou xarakterli bir veriliş idi və orda milləti aşağılayan bir element görmədik. Sosial şəbəkədə trend olmuş və özünü “Azəri Vandam” adlandıran bir rayon uşağının verilişə dəvət edilməsi inanmıram ki, verilişin bağlanmasına səbəb olsun. Orda efirə yaraşmayan bir hərəkət yox idi. Başqa bir məsələ odur ki, bu tipli insanları televiziyalarımız qəhrəman səviyyəsində efirə çıxarmalıdırmı? Televiziyalarımız buna məcburdurlar, çünki Azərbaycanda kreativ sənayenin bir hissəsi olan televiziya biznesi çiçəklənmə dövrünü yaşayıb, amma reklamların, sponsorların azlığı televiziyaları məcbur edir ki, onlar internetlə rəqabətlə müxtəlif formatlar axtarsınlar. Ona görə də bəzən televiziyalar sosial şəbəkələrdə, internetdə gördüyü trendləri televiziyaya gətirəndə belə uğursuzluğa düçar olurlar. Düşünürəm ki, Mehriban xanımın qonaqları daha çox düşüncə adamları olanda bu tip verilişlər ağır olur. Çünki bu onun birinci verilişi deyil, bundan əvvəlki verilişlərində də müxtəlif sosial yönümlü verilişlər aparmışdı və onların da ömrü çox az olmuşdu. Çünki Azərbaycan insanı sanki başqalarının problemlərində yorulub. Bu, dünyanın hər yerində belədir. Dünya televiziyalarına baxanda şouya, əyləncəyə, insanların rahatlanması, problemlərdən uzaqlaşması üçün şou verilişlər çoxdur. Sadəcə Azərbaycan insanı belə trendlərin efirə çıxarılmasına öyrəşməyib. Ümumiyyətlə, televiziya ciddi informasiya vasitəsidir və telekanallarımız buna fikir verməlidirlər. Hansısa psixoloji problemi olan insan ola bilər ki, trendə çevrilsin, amma onun bu trendliyindən istifadə edib özünü gülünc vəziyyətə salmaq olmaz. Bu hadisə bir daha sübut edir ki, telekanallar o ciddiliyi qorumağı bacarmalıdırlar.”

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO