ADAU-nun rektoru Moldovada Fəxri Doktor adına layiq görüldü

ADAU-nun rektoru Moldovada Fəxri Doktor adına layiq görüldü

Hazırda oxunan: ADAU-nun rektoru Moldovada Fəxri Doktor adına layiq görüldü

242587

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin yaradılmasının 85 illiyinə həsr olunan MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələri rektorlarının “Dünya üzümçülüyünün inkişaf problemləri və istiqamətləri” mövzusunda keçirilən iclasda iştirak edir. Rektor Azərbaycanda aqrar sahədə üzümçülüyün yeri və bu sahənin inkişafına dövlət dəstəyi, kadr təminatı, cari tədris ilindən ADAU-da bakalavriat səviyyəsində “şərabçılıq” ixtisası üzrə yalnız dövlət sifarişi mütəxəssis hazırlığının aparılması, ali təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsinin və birgə elmi-tədqiqatların aparılmasının prioritet istiqamətləri barədə danışıb.

Tədbir çərçivəsində İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin Fəxri Doktoru adına layiq görülüb. “ Beynəlxalq Müəllimlər Günü”ndə növbəti fəxri ada layiq görülməsi münasibətilə rektoru təbrik edir, uzun ömür, can sağlığı, işlərində yeni-yeni nailiyyətlər arzu edirik

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO