“Xidmət etdiyi dövrdə yüz yeddi erməni öldürüb”  - Aprel şəhidimizin əmisi oğlu...

“Xidmət etdiyi dövrdə yüz yeddi erməni öldürüb” - Aprel şəhidimizin əmisi oğlu...

Hazırda oxunan: “Xidmət etdiyi dövrdə yüz yeddi erməni öldürüb” - Aprel şəhidimizin əmisi oğlu...

232628
Bu gün aprel döyüşlərində şəhid olan kapitan Mühüd Qurban oğlu Orucovun doğum günüdür. Mühüd Orucov 1984-cü ildə Qazax rayon Fərəhli kəndində anadan olub.xa0

Moderator.az-a danışan şəhidimizin əmisi oğlu Rüfət Orucov onun çox igid bir hərbçi olduğunu deyib:
“Mühüd evin ortancıl övladıdı, özündən böyük bir bacısı və kiçik qardaşı var. Kəşfiyyatın tabor komandiri idi. Xidmət etdiyi dövrdə 107 erməni öldürüb, iki erməni polkovnikini isə əsir götürüb. Şəhid olandan sonra iki əkiz Anar və Vüqar adında övladları yadigar qalıb. Çox qəhrəman bir hərbçi idi, xidmət etdiyi dövrdə heç nə danışmırdı. Biz indi bilirik ki, Mühüd nələr edib. Bu gün kənddə doğum günüylə bağlı tədbir keçirilir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun ki, şəhidlərimizi diqqətdə saxlayırsınız”.
Xatırladaq ki, Mühüd Orucov aprelin 12-də doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.xa0
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO