Ən çox münaqişəli ailələr bu RAYONDADIR

Ən çox münaqişəli ailələr bu RAYONDADIR

Hazırda oxunan: Ən çox münaqişəli ailələr bu RAYONDADIR
225989
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sabunçu rayonu üzrə 70 münaqişəli ailə qeydə alınıb”.

Bizim.Media xəbər verir ki, bunu Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva "Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hələ də hər hansı qurumla əlaqə saxlamayan risk qrupuna daxil olan ailələr var:

"Həmin ailələri biz gender komissiyalarının vasitəsilə ortaya çıxarıb, onlarla işimizi qurmalıyıq.

Bələdiyyə sədrləri kadrların yetişdirilməsində maraqlı olmalıdır və onların hər hansı təlimlərə cəlb olunmasına dəstək göstərilməlidir. Sabunçu rayonunda, ilkin olaraq Bakıxanov bələdiyyəsində gender komissiyaları müəyyən maaş müqabilində işlərini davam etdirirlər".

Rəna Vəliyeva qeyd edib ki, hələ də sakinlər arasında bu komissiya haqqında məlumatsız olanlar var.

"Qarşımıza qoyduğumuz məqsədlərdən biri də əhali arasında maarifləndirmə işlərinin davam etdirilməsidir. Mütəmadi olaraq bələdiyyə komissiyaları məktəblərdə görüşlər keçirir, ictimai yerlərdə, məktəblərdə, avtobuslarda məlumat lövhələri vasitəsilə komissiyasın mövcudluğu haqqında insanları bilgiləndirirlər ".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO