“Yüz yaşa demək istərdim, amma heyif ki...”- Doğum günü olan şəhid zabitimizin qızı...

“Yüz yaşa demək istərdim, amma heyif ki...”- Doğum günü olan şəhid zabitimizin qızı...

Hazırda oxunan: “Yüz yaşa demək istərdim, amma heyif ki...”- Doğum günü olan şəhid zabitimizin qızı...

225914
Bu gün aprel şəhidimiz mayor Rasim Məmmədovun doğum günüdür. Şəhidimizin qızı Aysu Məmmədova atasının doğum günündə belə bir yazı yazıb:

“Canım atam, dayağım, hər şeyim, bu gün səninxa0 doğum günündür. Əslində bilmirəm nə deyim. Sənin bizsiz keçən, bizim də sənsiz keçən doğum günündü. Güclü olmağa çalışıram. Amma ürəyimdən keçirdiyim bu hisslər və sənin yoxluğun mənə pis təsir edir. Yüz yaşa demək istərdim, amma heyif ki, o sözü deyə bilmirəm. Amma onu bil ki, hər zaman qəlbimdəsən, mənim ilk sevgim”.xa0


Xatırladaq ki, Məmmədov Rasim Əbdül oğlu 1977-ci ildə Naxçıvanın Babək rayonunun Cəhri kəndində birinci qrup Qarabağ müharibəsi əlili Əbdül və Nazilə Məmmədovaların ailəsində anadan olub. Rasim Məmmədovun atası Əbdül Məmmədov müharibədə aldığı zədə nəticəsində 25 ildən artıq əlil arabasında ömür yaşayıb və 2016-cı il aprelin 25-də Rasimin şəhid olmasından 23 gün sonra vəfat edib. Rasim Məmmədov 1983-cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə gedib və 1996-cü ildə orta məktəbi bitirib. Elə həmin il Bakı Ali Birləşmiş Komandirlər məktəbinə daxil olan Rasim, 2000-ci ildə həmin məktəbi tank komandanı ixtisası üzrə bitirib. Həmin ildən Silahlı Qüvvələrimizin sıralarında zabit kimi xidmətə başlayıb.xa0

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan mayor Rasim Məmmədov aprelin 5-də doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Ölümündən sonra ölkə başçısı tərəfindən “Qüsursuz xidmətə görə” ikinci dərəcəli medalı ilə təltif edilib. Şəhidimizin Asim adında oğlu və Aysu adında qızı yadigar qalıb. Rasim Məmmədov həm də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlununxa0 qardaşı oğludur.xa0

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO