“ASAN Xidmət”in yeni sədri:  “Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” - VİDEO

“ASAN Xidmət”in yeni sədri: “Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” - VİDEO

Hazırda oxunan: “ASAN Xidmət”in yeni sədri: “Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” - VİDEO

223641
“Biz fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik”.

Bunu “Report”a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O xatırladıb ki, Dövlət Agentliyinə sədr təyin olunana qədər bu qurumda sədr müavini vəzifəsində çalışıb: “ASAN Xidmət”in cənab Prezident tərəfindən müəyyən olunmuş prinsipləri var: şəffaflıq, operativlik, məsuliyyət, nəzakətli davranış. Biz bu prinsiplərə əməl etməklə olduğumuz yerdən “ASAN Xidmət”in fəaliyyətinə davam edəcəyik”.

Ü.Mehdiyev qeyd edib ki, hazırda ölkə ərazisində 13 “ASAN Xidmət” mərkəzi var: “Mərkəzlərin 8-i regionlarda, 5-i Bakıdadır. Prezident İlham Əliyevin tapşırığı ilə “ASAN Xidmət” bütün ölkəni əhatə etməlidir”.

Qeyd edək ki, Ülvi Mehdiyev Dövlət Agentliyinin sədri vəzifəsində ilk müsahibəsini “Report”a verib. Müsahibənin tam versiyası mayın 3-də yayımlanacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO