
- A-
- A
- A+
Cəmiyyət
00:07 / 02.04.2018
1 dəq oxunma
Bu ölkə uşaq bağçalarında hicabı qadağan etməyə hazırlaşır
Hazırda oxunan: Bu ölkə uşaq bağçalarında hicabı qadağan etməyə hazırlaşır
219445
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Avstriya baş nazirinin müavini, dövlət xidməti və idman məsələləri üzrə nazir Xaynts-Kristian Ştrax ölkədə uşaq bağçalarında və ibtidai təhsil pilləsində hicabın qadağan edilməsini təklif edib.
Xaynts-Kristian Ştrax "Kronen Zeitung" qəzetinə müsahibəsində deyib ki, bu addım qızların 10 yaşa qədər həyatlarında dövlətin müdafiəsini hiss etməsinə, cəmiyyətə normal inteqrasiyasına imkan verəcək.
Baş nazirin müavini hesab edir ki, ibtidai təhsil mərhələsində hicaba qadağa qoyulması və ibtidai təhsil mərhələsində alman dilinin öyrənilməsi Avstriya cəmiyyətinə inteqrasiyanın əlavə qarantı olacaq. Xaynts-Kristian Ştrax hicabın uşaqlar arasında parçalanmaya yol açır və inteqrasiyaya mane olur: "Bu isə hazırda müxtəlif təşkilat və birliklərdə təhlükəli paralel cəmiyyətlər yaradan siyasi islamın maraqlarına xidmət edir. Qabaqlayıcı tədbirləri ən gənc nəsildən başlamaq laxımdır, sonra çox gec olur".
Qeyd edək ki, 1 oktyabr 2017-ci ildə Avstriyada ictimai yerlərdə hicaba qadağa qoyulub. Bu qadağanı pozanlar 150 avro cərimələnir. Hicabı çıxarmaqdan imtina edənlər isə saxlanılır və polis şöbəsində ifadələri alınır. (APA)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































