Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə yazılarına davam edir. Budəfəki yazıda Cümhuriyyətin ii nəhəng şəxsiyyəti xatırlanacaq. Daha doğrusu, onlardan biri, yəni, Məhəmməd Əmin Rəsulzadə bir başqa fədai ”“ Nəsib bəy Yusifbəyli haqqında maraqlı fikirlərini “oxuculara təqdim edəcək”x9d.xa0
Rəsulzadə “Odlu Yurd”x9d jurnalının 27 aprel 1929-cu il sayındaxa0 “İstila qurbanları: Nəsib bəy Yusifbəyli”x9d məqaləsində öz məsləkdaşı haqqında xeyli müsbət fikirlər səsləndirir. O, Nəsib bəylə tanışlığının tarixçəsi ilə yanaşı, həm də baş nazirin Azərbaycan Cümhuriyyəti üçün gördüyü işlərdən də bəhs edir:xa0
“Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verildiyi ən mühüm qurbanlardan biri Yusifbəyli Nəsib bəydir.
İstilanın baş verdiyi günlərdə müstəfi olsa da Baş nazir vəzifəsində olan Nəsib bəy Bakının Qızıl Ordu tərəfindən işğal olunması səbəbindən gizlədilərək xaricə getməsi üçün yaxın dostu Yusif bəy İbrahimli ilə bərabər Gürcüstana getmək üçün yola çıxmışdılar. Onlar Siqnax qəzasında təfsilatı hələlik bizlərə məchul qalan faciəli bir qəzaya uğrayaraq qurban getmişdilər. Nəsib bəyin Azərbaycan istiqlal hərəkatındakı rolu sadəcə nazirlikdə və Baş nazirlikdə olmaqla ifadə edilə bilməz. Onun hərəkatdakı həqiq rolu sonra tutduğu və rəsmi vəzifələrdən çox əvvəl başlamışdı. Bu rol onun Gəncədə 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Xalq Firqəsi adı ilə təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsi ilə başlayır. Azərbaycan fikrini bir tələb maddəsi halıında formulə etmək şərəfi mərhum Nəsib bəyə məxsusdur. Nəsib bəylə tanışlığımız bu tarixdən daha əvvəl idi. Birinci Diinya müharibəsi illəri idi. O, Gəncədə, mən də Bakıda Bələdiyyə İdarəsinin üzvü idim. 1915-ci ildə “Açıq söz”x9d qəzetini çıxarırdıq. Nəsib bəy idarənin işləri üçün Bakıya tez-tez gəlir və hər gəlişi zamanı “Açıq söz”x9d qəzetinin redaksiyasına baş çəkməmiş qayıtmırdı. İlk görüşümüzdən 1920-ci ilin may ayına qədər davam etmiş dostluğumuz ərzində aramızda həmişə səmimiyyət olmuşdur. Bu dostluğun bu qədər mətin bağlarla bir görüşmədə bağlayan şey şübhəsiz müştərək bir qayə, müştərək bir ruh daşıdığımıza uyğun gələni kəşf etmişdik. Bu müştərək ruh Gəncədə Nəsib bəyə siyasi bir firqə məqaləsi yazılmasını təlqin etdiyi zamanlarda mənə də Bakıda “Açıq söz”x9d qəzetinə eyni mövzunu müdafiə edən bir baş məqalə yazdırmışdı. Mərhum Nəsib bəyin xarakterində əsil təhsil görmüş Azərbaycan ziyalılarında az olan bir keyfiyyət vardı. O, ədəbi türkcədə mükəmməl yazır və danışırdı. Vaxtilə Gəncədə açılan ruhaniyyə mədrəsəsinin müəllimlərindən olmuşdur. Eyni zamanda Gəncədə türkcə kitabları ilə məşhur olan kitabxana təsis edən Nəsib bəy daha sonra ali təhsilini Odessa Universitetinin hüquq fakültəsində almışdır. O, İsmayıl Qaspıralının qızı Şəfiqə xanımla evlənərək bir müddət Baxçasarayda yasamıs və «Tərcüman» qəzetində çalışmışdır. O, qəzetçilikdən başqa «Təslim» adlı bir roman da yazmışdır. Romanın mövzusunu əski üsullu məktəb müəlliminin üsuli-cədid müəllimi tərəfindən məğlub edilməsi təşkil edir. Nəsib bəy 1917-ci ildə Bakıda toplanan Birinci Müsəlman Qafqaz Qurultayının ən fəal təşkilatçılarından və iştirakçılarından biri olmuşdur. Onun Qafqaz xalqı xəritəsini açaraq yuxarıda bəhs etdiyimiz qurultayda çox təsirli bir səslə «Kim dava edə bilər ki, biz özünüidarəyə səlahiyyətdar bir millət deyilik» dediyi sözlər hələ qulaqlarımda cingildəyir.xa0
Nəsib bəy Gəncədə təsis etdiyi Ədəmi Mərkəziyyət Firqəsinin çap olunmuş proqramının əsaslarını müdafiə etmişdir. Bu müdafiəsində o, millətçilik, türkçülük, xalqçılıq və müasirlik prinsiplərinə istinad etmişdi. Nəsib bəyin zəkası yalnız bu müdafiə ilə kifayətlənməmiş və qurultayda eyni əsasları müdafiə edən Müsavat Xalq Firqəsi nümayəndələri və «Açıq söz» qəzetini təmsil edən cərəyanla da anlaşaraq bu bir-birinə yaxın cərəyanların birləşmələrinin zəruriliyinin təşəbbüskarı olmuşdur. Mən bir tərəfdən Nəsib bəy, 95 digər tərəfdən Məmməd Əmin Rəsulzadə və A.Qasımzadə tərəfindən təmsil olunan Gəncə və Bakı millətçi Azərbaycan cərəyanları öz aralarında birləşmək qərarına gəldilər və bunu gerçəkləşdirdilər. Bu birləşmənin əsas səbəbkarı olan Nəsib bəyin zəka və səmimiyyətinin qatı rol oynadığını burada təsbit etməliyəm. Bu birləşmə nəticəsində Qafqaz Qurultayının ardınca Türk Federalist Müsavat Xalq Firqəsinin ilk qurultayı Bakıda toplanmış və bu toplanış Azərbaycanın siyasi həyatında çox mühüm bir hadisə olmuşdur. Firqə qurultayında olduğu kimi bundan sonrakı Azərbaycan siyasi həyatının müxtəlif səhifələrində də Nəsib bəyi biz fəal bir xalq siyasətçisi olaraq görürük. İstər Rusiya Müəssisələr Məclisindəki çıxışlarında, istər Tbilisidə təşkil edilən Qafqaz Ötəsi Seymində Nəsib bəy milli siyasətin ən çətin və ən məsuliyyətli vəzifələrini yerinə yetirirdi. Azərbaycan istiqlalının qələbəsindən sonra Nəsib bəy Maarif Naziri və iki dəfə də Baş Nazir vəzifələrində işləməklə aktiv siyasi fəaliyyətdə olmuşdur. Nəsib bəy Azərbaycan İstiqİal hərəkatının ən çətin zamanlarda istiqlalçılıq tərəddüdlərdən biri olaraq bütün səmimiyyəti ilə müdafiə millətçi zümrənin daima səmimi və imanlı dayaqlardan olmuşdur. Nəsib bəyin xatirəsi istiqlalçı Azərbaycan nəslinin zehnində səmimi bir millətpərvər demokrat, həqiqi bir radikal olaraq qalmışdır. Nəsib bəy müasir Avropa kültürü ilə bərabər türkcədə danışması və milli həyat, ədəbiyyat tarixini dərindən bilməsi ilə bütün Azərbaycan gənclərinə güclü təsir etmişdir. Təvazökar bir xalq adamı, idealist bir siyasətçi, demokrat, öz prinsiplərinə sadiq bir liberal, nizam-intizamlı, ciddi iş rejiminə tabe təşkilatçı olan Nəsib bəy eyni zamanda həmsöhbətlərinə xoş təsir edən bir xadim idi. Bununla bərabər Nəsib bəyi sevməyənlər də çoxdu. Müəyyən prinsipləri, müəyyən bir istiqamətlə müdafiə edənlərin dostları kimi düşmən qazanmaları da təbiidir. Ancaq bu düşmənlər də Nəsib bəyin şəxsiyyətinə eqoizm damğası vura bilməmişdilər. Bolşeviklər hələ bir gün əvvəl irəli sürdükləri ittihamı ikinci gün şəxsən təkzib etmək məcburiyyətində qalmışdılar. Nəsib bəyin şəxsiyyətini, onu yetişdirən mühitin xüsusiyyətini kamilən təhlil etmək və nəticədə mərhumun tutduğu həqiqi mövqeyi olduğu kimi təsbit etmək üçün məqaləmizin həcmi kifayət deyildir. Bunu söyləməyə bilmərik ki o, milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə idi ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formulə etmək onun adı ilə bağlıdır. Bu sadə əlavə Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına gətirilməsi kifayətdir. Aprel matəmində intiqam əhdini yeniləşdirən milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də heç şübhəsiz Nəsib bəyin şəhadətidir. Müzəffər istiqlal nəslinin ilk görəcəyi şükran vəzifələrdən birinci siyasi Azərbaycançılığın ilk şübhələrindən olan Nəsib bəy adını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqla ibarət olmalıdır”x9d.xa0
Hazırladı: Elmin Nuri




































































































