Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? – Rəsmi AÇIQLAMA

Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? – Rəsmi AÇIQLAMA
202576
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xeyli müddətdir ki, Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir. 

Qeyd edək ki, bir neçə il əvvəl bu ərazidə 40-a yaxın atraksion var idi. 

Atraksionların fəaliyyətinin yenidən bərpa olunması düşünülürmü?

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, bulvar ərazisindən yığışdırılan atraksionlar müasir tələblərə cavab verməyən, istismar müddətini başa vurmuşdu:

“Köhnəlmiş attraksionların yığışdırılması həm də təhlükəsizlik baxımından vacib idi. Onların yeni nəsil atraksionlarla əvəzlənməsi istiqamətində işlər aparılır. İlin əvvəlində azyaşlılar üçün bir neçə yeni attraksion, gəzinti qatarları istifadəyə verilib”. 
“Bundan əlavə mart ayında Panorama attraksionu əsaslı təmir olunduqdan sonra yenidən istifadəyə verilib.  Qeyd edək ki, attraksion yalnız küləkli hava şəraitində işləmir” – deyə, qurum sözçüsü bildirib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO