“Bəzən media kriminal şəxslərlə bağlı informasiyanı qürurverici məsələ kimi təqdim edir”x9d

“Bəzən media kriminal şəxslərlə bağlı informasiyanı qürurverici məsələ kimi təqdim edir”x9d

Hazırda oxunan: “Bəzən media kriminal şəxslərlə bağlı informasiyanı qürurverici məsələ kimi təqdim edir”x9d

196557
Ələsgər Məmmədli: “Bütövlükdə mətbuatın bu sahəyə marağını birmənalı qiymətləndirmək mümkün deyil”x9d

Son günlər “oğru dünyasının”x9d tanınmış şəxsləri ilə bağlı mediada yer alan informasiyaların çoxluğu bəzi QHT rəhbərləri, millət vəkilləri və s. tərəfindən ciddi narahatlığa səbəb olmaqdadır. Bu qəbildən olan şəxslərin fikrincə, medianın kriminal aləm və onun tanınmış nümayəndələri ilə bağlı təqdim etdiyi çoxsaylı informasiyalar gənc və yeniyetmə nəslin kriminal aləmə maraq göstərməsinə səbəb ola bilər.xa0

Məsələ ilə bağlı Moderator.az -a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli bu məsələyə birmənalı qiymət verməyin çətin olduğunu qeyd etdi:

“Bunu birmənalı şəkildə qiymətləndirmək çətindir. Bir tərəfdən ictimai əhəmiyyətli hadisə baş verib. Bu hadisənin mahiyyəti nədir? Oğru dünyasında tanınan şəxs məhkəmədən azadlığa buraxılıb. Amma beynəlxalq qurumların azadlığını tələb etdiyi hansısa siyasi məhus hələ də həbsdədir. Bu, cəmiyyət üçün də ictimai əhmiyyət kəsb edən bir hadisədir. Odur ki, media buna maraq göstərir.
Lakin bu da bir həqiqətdir ki, bir çox hallarda kriminal şəxslərlə bağlı müəyyən xəbərlər az qala bir qürurverici məsələ kimi təqdim olunur. Yəni bir növ media cəmiyyətə qorxulu bir mesaj verir, kriminal şəxsləri bir güc sahibi kimi təqdim edir. Ancaq bir daha qeyd edirəm ki, bu məsələtə birmənalı qiymət vermək çətindir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO