“Azərbaycanda və dünyada uşaqlarla bağlı psixoloji problemlərdə artım var”x9d

“Azərbaycanda və dünyada uşaqlarla bağlı psixoloji problemlərdə artım var”x9d

Hazırda oxunan: “Azərbaycanda və dünyada uşaqlarla bağlı psixoloji problemlərdə artım var”x9d

195314
Elnur Rüstəmov: “Orta məktəb psixoloqlarının təkmilləşməsi istiqamətində işlər aparılmalıdır”x9d

Son aylar məktəblilər arasında baş verən intiharlar cəmiyyətdə ciddi təəssüf və narahatlığa səbəb olmaqdadır. Bu günlərdə Şamaxıda 10-cu sinif şagirdinin intihar etməsi də bu tendensiyanın davam etməkdə olduğunu göstərir.xa0

Məktəblilər arasında baş verən bu intiharlar orta məktəblərdə psixoloji işin keyfiyyətini yüksəltmək, psixoloji xidməti daha effektiv şəkildə təşkil etməyin zəruriliyini aktuallaşdırmırmı?

Moderator.az -a açıqlama verən tanınmış psixoloq Elnur Rüstəmov orta məktəblərdə psixoloji xidmət səviyyəsini yüksəltməyin artıq bir zərurət kimi meydana çıxdığını təsdiqlədi:


“Təbii, orta məktəblərdə psixoloji işin təşkili məsələsi diqqətdə olmalıdır. Nəzərə almaq lazımdır ki, hər bir şagird məktəbə evdən gəlir. Ailə daxilində konfilikt ola bilər, yeniyetmənin özünün müəyyən problemləri, narahatlığı ola bilər və s. Şagird bununla bağlı orta məktəbdəki psixoloqa müraciət edib ondan kömək almaq imkanına malik olmalıdır. Orta məktəbdəki psixoloqlar öz işlərini doğru şəkildə təşkil etməlidirlər. Bunun üçün normal mühit yaradılmalıdır. Orta məktəb psixoloqlarının təkmilləşməsi istiqamətində işlər aparılmalıdır. Düzdür, bunlar edilir. Lakin bu işlərin bir qədər də sürətlənməsinə ehtiyac var. Çünki bu gün uşaq və yeniyetmələrlə bağlı psixoloji problemlərdə artım var. Yalnız Azərbaycanda deyil, dünyanın hər yerində belə bir artım müşahidə edilir. Buna ən çox təsir göstərən faktor isə informasiyadır. Çünki artıq informasiya ilə yüklənmək insanlarda narahatlığa yol açır”x9d.

Seymur Əliyevxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO