Kürd referendumunu dəstəkləyən məmurdan  - Açıqlama

Kürd referendumunu dəstəkləyən məmurdan - Açıqlama

Hazırda oxunan: Kürd referendumunu dəstəkləyən məmurdan - Açıqlama

193093
Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması və haqqında araşdırma başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.xa0

F. Tanrıverdiyev “Qafqazinfo”x9dya açıqlamasında fotoları paylaşması, referendumu dəstəkləməsinin səbəbi haqqında heç nə deməyib: “Mən lazım olsa, bu barədə danışa bilərəm. Amma hələ ki, bu barədə heç nə deyə bilmərəm. Əgər rəsmi qaydada açıqlama tələb olunsa, xa0danışacağam”x9d.xa0

Haqqında başlayan araşdırma və işdən çıxarılacağı haqda xəbərlərə isə F. Tanrıverdiyev belə cavab verib: “Dövlətimiz mənə etimad göstərib, bu işə təyin olunmuşam. Əgər xa0bu etimadı əməlimdə doğrultmamışamsa, dövlətə və dövlətçiliyimizə qarşı yanlışlığa yol vermişəmsə, bu zaman işdən çıxarıla bilərəm. Başqa heç nə ola bilməz. Kiminsə mənlə qəsd-qərəzliyi yoxdur. Mənim də heç kimlə qərəzim yoxdur”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO