Messinin dublu “İnter Mayami”yə qələbə gətirdi - VİDEO

Messinin dublu “İnter Mayami”yə qələbə gətirdi - VİDEO

Hazırda oxunan: Messinin dublu “İnter Mayami”yə qələbə gətirdi - VİDEO
188194
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 20-dən 21-nə keçən gecə “İnter Mayami” öz meydanında “Neşvill”i 3:1 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, artıq ikinci dəqiqədə “Neşvill” hesabda önə keçib. “İnter Mayami”nin müdafiəçisi Franko Neqri topu öz qapısına göndərib.

11-ci dəqiqədə meydan sahiblərinin argentinalı hücumçusu Lionel Messi hesabı bərabərləşdirib. Asistin müəllifi isə uruqvaylı Luis Suares olub. Fasilədən əvvəl Serxio Buskets Messinin ötürməsindən sonra dəqiq zərbə ilə komandasını önə çıxarıb. İkinci hissənin sonunda isə Messi penaltidən ev sahibləri üçün qələbə qolunu vurub - 3:1.

Qeyd edək ki, Buskets “İnter Mayami”nin heyətində rəsmi oyunlarda ilk qolunu vurub. “Barselona”nın sabiq futbolçusu Jordi Alba isə bu matç üçün heyətdən kənarda qalıb.

Hazırda “İnter Mayami” 10 matçdan sonra 18 xalla MLS-in turnir cədvəlində birinci yerdədir. Yeddi xalı olan “Neşvill” 25-ci sətirdə yer alıb.
 


 
 
 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO