Hindistan səfiri ADAU-da oldu

Hindistan səfiri ADAU-da oldu

Hazırda oxunan: Hindistan səfiri ADAU-da oldu

186621
Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Səfirlə görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin tarixi, müasir durumu, aqrar təhsilin inkişafı üçün universitetə dövlət dəstəyi, əməkdaşlığın prioritet istiqamətləri barədə danışıb. Qəbul görə təşəkkürünü bildirən səfir ölkədə yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU ilə Hindistanın aparıcı xa0universitetləri və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin qurulması və inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd edib.
xa0Görüşdə əməkdaşlığın ilkin mərhələsi olaraq Hindistanlı alimlərin və mütəxəssislərin ADAU-da mühazirə oxumaları, müəllim və tələbələrin mübadiləsi, habelə tədrisi ingilis dilində olan “aqronomluq”x9d və “iqtisadiyyat”x9d ixtisaslarında Hindistanlı tələbələrin, ADAU tələbələrinin həmin ölkədə təhsil almaq imkanları müzakirə olunub.
Görüşdən sonra universitetin maddi-texniki bazası ilə yaxından tanış olan səfir burada müasir standartlara uyğun işlərin aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərinin yerinə yetirmək üçün böyük imkanların olduğunu qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO