"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə Millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir.
Moderator.az xəbər verir ki, bu gün Kəlbəcər rayonundan olan seçicilər ümün növbəti qəbul keçirilib. Qəbulu aparan millət vəkilinin nümayəndəsi Həbib Misirov deputat Cavid Qurbanovun Ramazan bayramı münasibəti ilə təbriklərini sakinlərə çatırıb.

Deputatın nümayənsədi bildirib ki, Cavid Qurbanova ünvanlanan müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və digər sosial məsələlərlə bağlı olub.xa0
Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənildikdən sonra onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyi bildirilib. Qeyd olunub ki, bütün müraciətlər diqqət mərkəzində olacaq və müvafiq qaydada aidiyyatı orqanlara sorğular göndəriləcək. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınıb. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilib. Həmçinin sosial qayğıya ehtiyaçı olanlara köməkdarlıq edilib.xa0
Həbib Misirov bildirilib ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün əlindən gələni edir.xa0
Xatırladaq ki, budəfəki qəbulda 62 nəfər seçici iştirak edib.




































































































