Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Hazırda oxunan: Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO
626019
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib.

Bizim.Media xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdirilir.

İyunun 25-dən açılan ekspozisiyada ziyarətçilər Qarabağ, Şirvan, Bakı və digər tarixi bölgələrin incə nəbati və həndəsi ornamentləri, həmçinin yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən özünəməxsus xalçaçılıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
 

Sərgidə Xalq rəssamları Lətif Kərimov və Eldar Mikayılzadənin əsərləri və xalça eskizləri, həmçinin rəssam CHINGIZ-in müasir bədii axtarışlarını əks etdirən işləri, multidissiplinar rəssam Mədinə Qasımovanın material, yaddaş və vizual strukturun kəsişməsində formalaşan yaradıcılığı təqdim olunub.


Sərginin əsas konseptual xətti ənənəvi ornamental dilin müasir bədii ifadə formasına transformasiyasıdır. Burada tarixi xalçalar müasir incəsənət nümunələri ilə birlikdə təqdim olunaraq Azərbaycan tekstil ənənələrinin zamanlararası aktuallığını, estetik gücünü və mədəni əhəmiyyətini ön plana çıxarır.

Azərbaycanın ən mühüm bədii irs nümunələrindən olan xalçaçılıq sənətini əks etdirən nadir eksponatların nümayişi ziyarətçilərdə bu zəngin mədəni irs haqqında dolğun və yaddaqalan təəssürat yaradır.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Macarıstan Etnoqrafiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iyulun 26-dək davam edəcək.

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 1
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 2
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 3
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 4
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 5
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 6
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 7
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 8
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 9
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 10
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 11
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 12
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 13
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 14
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 15
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 16
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 17
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 18
Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO - foto 19


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO