
- A-
- A
- A+
Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur
Dünyada ən gözəl hesab edilən və Yeni Zelandiyada maori dilində olan söz açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilib ki, "Kaitiakitanga" sözü qalib kimi qəbul edilib. Bu terminin başqa dillərə birbaşa tərcüməsi yoxdur. Beləliklə də, maori qəbiləsinə məxsus olan bu ifadə, insanın gələcək nəsillər naminə təbiəti qorumaq məsuliyyətini daşıdığını bildirir. Maorilər özlərini təbiətin sahibi yox, onun bir parçası hesab edirlər.
"Babbel" platforması sosial şəbəkələrdəki və dilçilik forumlarındakı müzakirələrə əsasən seçilmiş söz üçün ilk dəfə olaraq mükafat təqdim edib.
Dilçilər, yazıçılar və mütəxəssislərdən ibarət beynəlxalq münsiflər heyəti ifadənin səsini, tələffüzünü, mənasını və mədəni baxımdan unikallığını qiymətləndirib. Ümumilikdə 75-dən çox dili təmsil edən 223 söz nəzərdən keçirilib. (oxu.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































