Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Hazırda oxunan: Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

626015

Bu ilin yanvar-may aylarında Azərbaycan 220,2 min ABŞ dolları dəyərində 175,3 ton lobya (təzə və ya soyudulmuş) ixrac edib.

Bizim.Media-nın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Azərbaycan Rusiyaya 208 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % çox) 160,9 ton (+21 %) və Gürcüstana 12,2 min ABŞ dolları dəyərində (+49 %) 14,4 ton (+52 %) məhsul satıb.

Hesabat dövründə ölkəyə xaricdən 18,45 min ABŞ dolları dəyərində (-66 %) 25,2 ton (-67 %) lobya gətirilib.

Azərbaycan Türkiyədən 16,1 min ABŞ dolları dəyərində (-70 %) 22,4 ton (-71 %), İrandan 1,95 min ABŞ dolları dəyərində (+49 dəfə) 2,8 ton (+40 dəfə) Birləşmiş Ərəb Əmirliklərindən 0,2 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) və Çindən 0,2 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən tədarük həyata keçirilib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO