Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Hazırda oxunan: Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

626011

Uzunmüddətli kosmik uçuşlar zamanı astronavtlarda əzələ və sümük itkisinin müşahidə olunması ciddi narahatlıq doğuran məqamlardan biridir.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyada (BKS) aparılan yeni araşdırma göstərib ki, mikroqravitasiya insan hüceyrələrinin “enerji stansiyası” hesab olunan mitoxondrilərin fəaliyyətini zəiflədir.
 

Tədqiqat zamanı alimlər Beynəlxalq Kosmik Stansiyada yetişdirilən insan hüceyrələrini və yumru qurdları (C. elegans) analiz ediblər. Məlum olub ki, mikroqravitasiya şəraitində hüceyrələr normaldan daha az mitoxondrial zülal istehsal edir. Nəticədə hüceyrələrin enerji istehsalı azalır və onların fəaliyyəti zəifləyir.


Mütəxəssislərin sözlərinə görə, bu dəyişikliklər astronavtlarda uzun müddət kosmosda qaldıqdan sonra müşahidə edilən əzələ atrofiyası, sümük kütləsinin azalması və ümumi fiziki zəifləmə ilə əlaqəli ola bilər.

Alimlər hesab edirlər ki, mitoxondrilərin fəaliyyətini qoruyan və ya bərpa edən preparatların hazırlanması gələcəkdə astronavtların sağlamlığını qorumağa kömək edə bilər. Bu cür yanaşmaların Yer üzündə yaşlanma və əzələ zəifliyi ilə bağlı bəzi xəstəliklərin müalicəsində də faydalı ola biləcəyi ehtimal edilir.



Aynur, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO