Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Hazırda oxunan: Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

626005

Psixologiyada "aşırı düşünmə" (overthinking) kimi tanınan bu vəziyyət sadəcə çox düşünmək deyil, zehnin eyni döngüləri təkrar-təkrar istehsal etməsi və bunun həyat keyfiyyətini aşağı salmasıdır.

Bizim.Media enerjinizi tükədən 7 düşünmə tərzi və onlardan çıxış yolunu təqdim edir:

Daima ən pis ehtimalı düşünmək

Zehniniz gələcəyə qaçır və hələ yaşanmamış hadisələr üçün ən pis ssenariləri hazırlayır. İş yerində rəhbərinizin qısa bir görüş dəvəti göndərməsi və ya sevdiyiniz birinin telefona cavab verməməsi sizi dərhal fəlakət ssenarilərinə sürükləyir.

Özünüzə sual verin: "Hazırda həll etməli olduğum real bir problem var, yoxsa zihnim məni yaşanmamış bir ehtimala hazırlamağa çalışır?"

Keçmişi təkrar-təkrar yaşamaq

Zehniniz sizi günlər, həftələr və ya aylar əvvələ aparır. Bir söhbət, verilən bir cavab və ya qaçırılmış fürsət zihndə film kimi fırlanır. Halbuki bu, sizə yeni bir məlumat vermir, sadəcə enerjinizi bitirir.

Özünüzə sual verin: "Həqiqətən yeni bir şey öyrənirəm, yoxsa eyni filmi yenidən izləyirəm?"

Daima ayıq-sayıq (tətikdə) olmaq

Rahatlamaq əvəzinə daim bir problem axtarırsınız. Ən kiçik fiziki əlaməti, ruh halı dəyişikliyini və ya başqalarının davranışlarını bir təhlükə işarəsi kimi yozursunuz.

Özünüzə xatırladın: "Zehnim bir təhlükə axtarır deyə, ortada mütləq bir təhlükə olmaq məcburiyyətində deyil."

Hər şeyi dərhal həll etməyə çalışmaq

Qeyri-müəyyənlik çoxları üçün narahatlıqvericidir. Bu səbəbdən bəzi insanlar hər duyğunu və ya problemi dərhal həll etməyə çalışır. Lakin hər şey o an həll olunmalı deyil; bəzən bir az gözləmək və duyğuların yatışmasına icazə vermək daha sağlamdır.

Özünüzə sual verin: "Bunu tam bu an həll etmək məcburiyyətində olmasaydım nə olardı?"

Özünü amansızca tənqid etmək

Səhv etmək insan olmanın təbii bir hissəsidir. Lakin çoxumuz səhv etdikdə özümüzü mühakimə etməyə başlayırıq. İç səsimiz dəstəkləyici olmaq əvəzinə, çox tənqidçi olur.

Düşünün: "Eyni vəziyyətdə bir dostunuz olsaydı, ona da bu qədər sərt danışardınızmı?"

Özünə həddindən artıq fokuslanmaq

Sosial mühitlərdə diqqətimizi tamamilə özümüzə yönəldirik. Necə göründüyümüzü, necə danışdığımızı və ya insanların bizi necə qiymətləndirdiyini düşünürük. Bu da anı yaşamağımıza mane olur.

Məsləhət: Diqqətinizi özünüzdən çəkib, bulunduğunuz mühitə və qarşınızdakı insana yönəltməyə çalışın.

İstəksiz düşüncələrə ilişib qalmaq

Bəzən zihnimizə qəribə və ya narahatverici düşüncələr gələ bilər. Bu təbiidir. Problem düşüncələrin gəlməsi deyil, onlara həddindən artıq məna yükləməkdir.

Özünüzə xatırladın: "Bir düşüncə həqiqət deyil və kim olduğunuzu müəyyən etmir."

İlk addım düşüncələri tamamilə susdurmaq deyil, onları sadəcə fərq etməkdir. Növbəti dəfə özünüzü bir düşüncə burulğanında tapdıqda dayanın və soruşun: "Həqiqətən bir problemi həll edirəm, yoxsa sadəcə tanıdığım bir 'aşırı düşünmə' döngüsünə girdim?" Bu kiçik fərqindəlik sizi yenidən ana döndərəcək. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO