Hakan Fidan: “"F-16"ların Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb”

Hazırda oxunan: Hakan Fidan: “"F-16"ların Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb”

181768

Hazırda "F-16" qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı texniki proseslər başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Amerika hakimiyyəti bu məsələ ilə bağlı iradə nümayiş etdirib: 

“ABŞ Konqresi bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”. 

H.Fidan, həmçinin qeyd edib ki, F-35 qırıcıları ilə də bağlı proses davam edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO